Əlirzalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Əlirzalı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlirzalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Toponimikası Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın darğası, Ağdam rayonunun Sarıcalı kənd sakini Alırzanın Güllücə kəndindən gətirdiyi ailələrin məskunlaşması nəticəsində yarandığı üçün həmin darğanın adı ilə adlandırılmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1078 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Goranboy rayonunun kəndləri