Xilmilli, Hilmilli — Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Keçmişdə Qozluçay da adlandırılmışrdır. Oykonim xil (xıl//hil Azərbaycan dilinin dialektlərində "dəstə, sürü, qrup" mənalarında işlənir) və milli (etn.) komponentlərindən düzəlib, "milli tayfası" mənasındadır. Görünür, millilər bu kəndin ilk sakinləri olmuşlar. Ərazidə onların adlarını əks etdirən mineral bulaq da var. Kənd Hilmilli variantında da qeydə alınmışdırAzərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 354. .

Xilmilli kəndinin əsası 1840-cı ildə Altıağac kəndindən bura köçən malakan mühacirlər tərəfindən qoyulub. Lakin digər mənbədə 1901-ci ildə imperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin qeydlərində pristav Deminski bu malakanların əslən Rusiya İmperiyasının Vladimir quberniyasından gəldiklərini yazıb. 1910-cu ildə kənd 570 həyətdən ibarət idi və burada iki Malakan ibadət evi və bir məktəb var idi. Malakanlardan başqa kənd əhalisinin bir hissəsi Nazarei təriqətinin tərəfdarları idi. 1885-ci ildə dərc olunmuş Qafqaz Arxeologiya Komissiyasının Aktlarında kəndin ərazisi əvvəllər tam meşəlik ərazi olduğu yazılıb. Kəndə köçmüş malakanlar ilkin olaraq əsasən bişməmiş kərpicdən tikilmiş evlərdə yaşayırdılar, bu da həmin dövr üçün keyfiyyətsiz sayılırdı.

Coğrafiyası və iqlimi Qozluçayın sahilində, dağətəyi ərazidə qərar tutur. thumb|right|300px|Xilmilli kəndinin giriş hissəsi

Əhalisi 1910-cu ildə kənddə 3636 nəfər (1813 kişi və 1823 qadın) yaşayırdı, əhalisinin əksəriyyəti rus malakanlar idi.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1681 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

2016-cı ildə Xilmilli kəndində təsərrüfat sayı 342, əhalinin sayı 1976 nəfər, faktiki yaşayanlar 1500 nəfər olub. Kəndin əksəriyyəti azərbaycanlıdır, kənddə həmçinin 38 nəfər malakan yaşayır.

İqtisadiyyatı Kəndin ərazisi 18280.64 ha-dır. 2016-cı il üçün burada bələdiyyə torpaqları 12588,50 ha, dövlət torpaqları 658,08 ha, əkinə yararlı 5195,86 ha olub, onlardan xüsusi mülk 4936,06 ha, BEF sahəsi 259,80 ha, həyətyanı sahələr 98.00 ha, KİP sahələri 47.30ha-dır. Xilmillidə 1 həkim ambulatoriyası, 1 mədəniyyət evi, 1 kitabxana, 1 poçt şöbəsi, 1 uşaq bağçası, 1 tam orta məktəb vardır. Kənd ərazisində şəxsi təsərrüfatlarda 2.107 baş iri buynuzlu mal-qara, 12.104 baş baş xırda buynuzlu davar, 7.642 ev quşu, 44 baş at, 200 arı ailəsi mövcuddur.

Din Kənddə "Molokan ruhani-xristian" dini icması fəaliyyət göstərirQEYRİ-İSLAM DİNİ İCMALARI . scwra.gov.az .

Həmçinin bax Qobustan rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qobustan Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qobustan rayonunun kəndləri