Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun Varlı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Salyan rayonunun Varlı kənd inzibati ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Toponimikası

Tarixi

Əhalisi

Görkəmli şəxsləri Əlirza Əlirzayev — Hüquqşünas. Rövşən Həsənov — Hüquqşünas. Çingiz Heydərov — Hüquqşünas. Xudabaxış Cəfərov — Təhsil işçisi. Əmirxan Nəzərov — Təhsil işçisi. Bəylər Heydərov — Təhsil işçisi. Ənvər Həsənov — Təhsil işçisi. Əlipənah Nəzərov — Təhsil işçisi. Mirsadıq Kərimov — Təhsil işçisi. Ramazan Niftiyev — Dövlət xadimi. Eldar Heydərov — Dövlət xadimi. Həsənağa Həsənov — Hərbçi, zabit.

İqtisadiyyatı 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Din Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.

Şəkilləri Birinci Varlı kəndi 2012

İstinadlar

Həmçinin bax

Kateqoriya:Salyan rayonunun kəndləri