Çaxçaxlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Susayqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Samur–Dəvəçi ovalığındadır. Oykonim çaxçax (ağac çəpər) sözündən və -lı şəkilçisindən düzəlib, "ağac çəpərlə bağlanmış yer" mənasındadır. Cərgə ilə əkilmiş ağaclardan çəpər kimi istifadə etmək rayonun ərazisi üçün xarakterikdir.Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 180.

İstinadlar

Kateqoriya:Xaçmaz rayonunun kəndləri