Əli ibn Musa ər-Rza (; ) — Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən İmam Rzanın doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir.İlamul-Vəra,səh.302; Kəşful-Ğummə,c3,səh.70; Bu tarixə əsasən İmam Rzanın doğulduğu il babası İmam Sadiqin şəhid olduğu ilə təsadüf edir.

İmamın Şəxsiyyəti

Adı: Əli

Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-mumininTövhid və İmamət carçısı İmam Rza(ə), səh 7, Sabir, Rəziyyu, VəfiyyuŞeyx İrbili, Kəşful ğummə, c.2, səh.439, Azərbaycan dilində, Bakı 2021, NURLAR nəşriyyatı

Künyəsi: Əbülhəsən

Atası: İmam Museyi Kazim

İmamlıq müddəti: 20 il

Ömrü: 55 il

Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Murucuz-zəhəb,c.3,səh 441; Uyunu Əxbarir-Rza,c.1,səh 19 Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu.

Məzarı: İran Məşhəd şəhəri.

Həyatı Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə imamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam üçün bir oğul dünyaya gətirir. Uşağın adını Cavad qoyurlar.İmamın Səbikədən başqa Ümmi Həbibə adlı həyat yoldaşı da var idi. İmam Rza bu xanımla vəliəhdlik cərəyanı əsnasında evlənmişdir.

816-cı ildə əl-Məmunun sarayına dəvət olunmuş və taxt-tac vəliəhdi elan edilmişdir. Əl-Məmun Əli ər-Rizanın köməkliyi ilə şiələrlə münasibətlər qurmağa çalışmışdır.

İbn Şəhraşub, Şiə Təbəri, Şeyx Müfid və Təbərsi İmam Rzanın İmam Cavaddan başqa övladının olmadığını qeyd etmişlərDəlail ül-imamə, səh.184; İrşade-Müfid, c.2,səh.263; İləmul-Vəra, səh.329

Xəlifə şiələrlə əlaqələri kəsdikdən sonra Əli ər-Riza 818-ci ilin sentyabrında əl-Məmunun əmri ilə Xorasanda Tus şəhərinin yaxınlığındakı Nukən kəndində zəhərlənmişdir.

Əli ər-Rizanın sərdabəsi şiələrin Ziyarətgahına, onların başlıca müqəddəs yerlərindən birinə çevrilmişdir. Nəticədə sərdabənin yerləşdiyi kənd onun şərəfinə Məşhəd-Əli Riza (Məşhəde-Rezəvi) (Əli Rizanın şəhid olduğu yer) adlandırılan iri şəhərə çevrilmişdir.

İmamlığının təyini İmam Kazım tərəfindən özündən sonrakı imamın oğlu Əli ər-Rza olduğu müxtəlif yollarla nəql edilmiş və etibarlı tarix və hədis kitablarında qeyd edilmişdir. Əli ər-Rzanın imamlığını qeyd edən tarix kitablarını aşağıdakı kimi göstərmək olar:

Süleym bin Qeys Hilalinin "Kitabi Süleym"(Ali-Məhəmmədin sirləri) kitab, Əbu Əli Məhəmməd ibn Həmmam İskafinin "İmamların Tarixi" kitabı, Şeyx Hüseyn ibn Həmdan Xəsibinin "Əl-Hidayətul-Kubra" kitabı, Şeyx İrbilinin "Kəşful-ğummə fi mərifətil-əimmə" kitabı, Şeyx Təbərsinin "Tacul-məvalid" kitabı, Şeyx Raşid ibn İbrahim Bəhraninin "Bəşər Ağalarının Həyatı" kitabı.

İmam Əli ər-Rzanın atası tərəfdən imamlığının təyin edilməsi və bunu işarə ilə bildirməsi barədə İmam Kazımdan birbaşa hədis nəql edənlərdən bəziləri bunlardır:Şeyx İrbili, Kəşful ğummə, c.2, səh.451-455, Azərbaycan dilində, Bakı 2021, NURLAR nəşriyyatı

Davud ibn Kəsir Rəqqi, Məhəmməd ibn İshaq ibn Əmmar, Əli ibn Yəqtin, Nüeym Qabusi, Hüseyn ibn Muxtar, Ziyad ibn Mərvan Qəndi, Məxzumi, Davud ibn Süleyman, Nəsr ibn Qabus, Davud ibn Zurbi, Yezid ibn Səlit, Məhəmməd ibn Sinan.

İmamın siyasi həyatı İmam Rza öz imaməti dövründə bir neçə Abbasi xəlifəsi ilə bir əsrdə yaşamışdır. İmam Rzanın imamlığının 10 ili Harun ər-Rəşidin xəlifəliyi dövrünə təsadüf etmişdir. Həmin 10 il ərzində isə hökümətin üzləşdiyi böhranlarla əlaqədar olaraq imamla üzbəüz gəlməyə razı olmamışdır. Hədis alimləri və tarixçilər arasında qəbul olunmuş və hədislərdə də öz təsdiqini tapmış versiya İmam Rzanın zəhərli üzüm və ya nar yeyərək şəhid olması versiyasıdır. İmamın zəhərlənməsi faktına üstünlük verən sünni və şiə tarixçilərdən bəziləri bunlardır: İbn Həcər əl Əsqəlaniibn Həcər, Əs Səvaiqul məhərrəqə,səh.204, İbn Səbağ Malikiİbn Səbağ Maliki Əl-Füsul əl-muhimmə, səh.262, MəsudiMəsudi, İsbatul-Vəsiyyə,səh.228; Məsudi, Murucuz-zəhəb,c.3 səh.417, Qunduzi HənəfiQunduzi Hənəfi, Yənabiul-məvəddəh,səh.363, İbn Təbatəbaiİbn Təbatəbai, Əl-Fəxri, səh.218 və.s

Xəlifə Məmun İmam Rzanın şiələr üstündəki nüfuzundan istifadə etməkdən ötrü onu özünün vəliəhdi, yəni özündən sonrakı xəlifə təyin etmiş, İmam Rzanın adına dirhəmlər vurdurmuşdur. Məmun öz oğlu Abbas ibn Məmuna İmam Rzaya ilk beyət etməsini əmr etmiş və İmamdan xütbə söyləməsini istəmişdir. İmam Rzanın vəliəhd təyin edilməsi Abbasi məmurlarını narahat etmiş xəlifəliyin Ələvilərə(Əli ibn Əbu Talibin övladlarına) verilməsini istəməmişlər.Şeyx İrbili, Kəşful ğummə, c.2, səh.461-462, Azərbaycan dilində, Bakı 2021, NURLAR nəşriyyatı Lakin nəql edilən tarixi hadisələr Məmunun bunu sadəcə göstərməlik olaraq etdiyi faktını ortaya qoymuşdur.

Mənbə İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.56.

Xarici keçidlər İmam Rıza (a.s)

Həmçinin bax Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı

İstinadlar

Kateqoriya:İmamlar Kateqoriya:Mədinədə doğulanlar Kateqoriya:Tusda vəfat edənlər Kateqoriya:Məşhəddə dəfn olunanlar Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri