Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; ) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010).
Həyatı Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndirAraz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.185..
1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin XI sinfini əla qiymətlərlə bitirmişdir.
2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir.
2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdırAraz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008..
2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir"Durna qatarı-II", (toplayıb tərtib edəni: Məhəmməd Ələkbərli), Bakı, "Nurlan", 2006. səh. 89–94.Əli Vəkil, "Ot kökü üstə bitər". "Ekspress" qəzeti. № 225(2403). 8 dekabr 2007-ci il.
İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdurNigar İsfəndiyarqızı. Belə olmaya da bilərdi… Kaspi.az .
2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
2008–2010-cu illərdə Gənc Ədiblər Məktəbinin üzvü olmuşdur. 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və prezident təqaüdçüsüdür.
Əsərləri bir sıra dillərə tərcümə olunmuşdur.
Azərbaycan radiosunda redaktor vəzifəsində çalışmış. "Söz-sözü çəkər" adlı ədəbi-bədii verilişin aparıcısı və müəllifi olmuşdur..
"Ulduz" jurnalının redaksiya heyətinin üzvüdür.
23 dekabr 2017-ci ildən "goyce.az" saytının təsisçisi və baş redaktorudur.
Kitabları "Səni axtarırdım, özümü tapdım" Bakı, "Nurlan" 2004, səh. 88, 500 nüs. "Hardan düşdün yadıma sən…" Bakı, "Zərdabi LTD" MMC, 2008. səh. 264, 500 nüs.
İstinadlar
Xarici keçidlər
Qılman İman "Duyğulu könüllər" verilişində Qılman İman-Yeridi dokkuziklim.net saytı Qılman İman — Şeirlər — kultur.az saytı
Kateqoriya:Rəsullular Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:XXI əsr şairləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:XXI əsr Azərbaycan şairləri