İrmaşlı (əvvəlki adları: Ayxenfeld; Engelskənd (?–29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun İrmaşlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Engelskənd kəndi İrmaşlı kəndi adlandırılmışdır.
Tarixi Kəndin ərazisi irmaşlı tayfası'na mənsub olduğundan həmin tayfanın adını daşıyırdı. XIX əsrdə burada rus çar hökuməti tərəfindən yerləşdirilən alman ailələri onu Ayxenfeld (almanca Eichenfeld - "palıd dərəsi") adlandırmışdılar. Sovet dövründə, 1930-cu illərdə isə kəndin adı alman filosof və marksizmin yaradıcılarından biri olan Fridrix Engelsin şərəfinə Engelskənd olaraq dəyişdirilmişdi. 1992-ci ildən kəndin əvvəlki adı bərpa olunmuşdur.
Əhalisi Kənd əhalisi 5300 nəfərdir ki, onunda 2750 nəfəri kişi, 2550 nəfəri isə qadınlar təşkil edir.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Əhali əsasən Rusiyada bizneslə işləyənlərdən ibarətdir.
Şəmkirin ən varlı kəndlər içərisində yer alır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şəmkir rayonunun kəndləri Kateqoriya:Qafqaz tarixi