Tartar ya Tartaros (; ) qədim yunan mifologiyasındaМифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.495; См. Нонн. Деяния Диониса XVI 299. axirətin, və ya yeraltı aləmin ya cəhənnəmin dibi ya alt dibsiz qatı sayılır ki, Aidin aləmi onun üzərində yerləşmişdir. Günahkarlar, tanrılara qarşı çıxanlar burada həbs olunur.↵Bu zülmət dibsizlik yerin qatından, yerin səthindən göyə qədər olan məsafə qədər dərində yerləşmiş: Homerə görə 9 günlük məsafədə yerləşmiş tartar üç qaranlıq ya Ereb qatı və Poseydon tərəfindən çəkilmiş dəmir divar və qapılarla əhatə olunmuşdur. Əfsanəyə görə Xaosdan atılan zindan doqquzuncu gün üfüqü keçərək yerə düşərmiş. Eyni minvalla yerdən aşağı atılan zindan doqquz gün doqquz gecədən sonra zülmət qaranlıq tartara çata bilərmiş. Gündüzlər Niks tartara çəkilər, axşamlar isə yeri bürüyərmiş. Hesioda görə Xaos və Geyadan sonra doğulmuş ya yaranmışdırГесиод. Теогония 119. Epimenidə görə Niks və Aeradan törənmişdirЭпименид, фр.4 Якоби. Digər bir əfsanəyə görə Efir və Geyanın oğludur.

İstinadlar

Mənbə Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8

Həmçinin bax

Kateqoriya:Qədim yunan tanrıları Kateqoriya:Qədim yunan mifologiyasındakı yerlər