thumb|Dəmir filizi thumb|Manqan filizi thumb|Qurğuşun filizi thumb|Qızıl filizi

Filiz — iqtisadi cəhətcə tərkibindən metalların alınması məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. "Filiz" termini bir sıra qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir.

Azərbaycanda filiz yataqları Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), Respublika bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş Filizçay polimetal yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.

Azərbaycan ərazisində həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da vardır.Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

İstinadlar

Kateqoriya:Faydalı qazıntılar Kateqoriya:Metallurgiya Kateqoriya:Filizlər Kateqoriya:Daş Kateqoriya:İqtisadi geologiya Kateqoriya:Mədənlər