Məzmun Filmdə Bakı neftçilərinin həyat və məişətindən, onların neft uğrunda gərgin mübarizəsindən danışılır.

Film haqqında Film yazıçı Mehdi Hüseynin "Abşeron" romanı əsasında ekranlaşdırılmışdır. 1-ci seriya "Ataların torpağı", 2-ci seriya "Rəqiblər" (1976), 3-cü seriya "Geriyə dönüş" (1977) adlanır. Film Azərbaycan kinosu tarixində ilk 3 seriyalı filmdir və ilk serialdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmin çəkilişlərinə 1976-cı ildən başlanılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Mehdi Hüseyn Ssenari müəllifi: Çingiz Ələkbərov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Rafiq Qəmbərov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Nazim Əliverdibəyov Səs operatorları: Marat İsgəndərov, Şamil Kərimov Rejissor assistentləri: Tofiq Məmmədov, Yusif Şeyxov Qrim rəssamı: Elbrus Vahidov Operator: Amin Novruzov Filmin direktoru: Tələt Rəhmanov

Rollarda Rasim Balayev — Tahir Məmmədrza Şeyxzamanov — usta Ramazan Leyla Bədirbəyli — Gülsüm Muxtar Maniyev Kamal Xudaverdiyev — usta Əli Şəfiqə Məmmədova Məmməd Məmmədov Şükufə Yusifova — Lətifə Həsən Məmmədov — Səməndər Şahmar Ələkbərov — Əmirhüseyn Gündüz Abbasov Fazil Salayev — Əliağa Tariyel Qasımov — Rüstəm Hamlet Xanızadə — Şirvan Fateh Fətullayev Eldəniz Zeynalov Rafiq Əzimov — Cabbarov Səməndər Rzayev Zemfira Sadıqova — Nisə Tələt Rəhmanov Şəfiqə Qasımova

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 218-219.

Xarici keçidlər Vulkana dogru (1977) Filmi izlə

Kateqoriya:1977-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri