Qayadalı — Azərbaycan Respublikasının Quba rayonunun Yerfi kənd inzibati ərazi dairəsində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir.
Adının mənası Kənd böyük bir qaya – sıldırımın arxasında yerləşdiyi üçün, buraya Qayadalı deyirlər.
Toponimikası Qayadalı oyk., mür. Yan silsiləsi ərazisində yerləşir. Kənd buradakı qayanın dalında (arxasında) bina edildiyinə görə belə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 768 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri