Lətifə — 1989-cu ildə çəkilmiş Azərbaycan filmi.
Məzmun Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir.
XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir...
Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur.
Film haqqında Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir. Bu kinokomediya Ümumittifaq ekranlarına vəsiqə alandan sonra Stavropol diyarında onun nümayişi Sov. İKP Vilayət Komitəsi tərəfindən qadağan olunmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Rövşən Ağayev Süjet, kompozisiya və dialoqların müəllifi: Rövşən Ağayev, Yefim Abramov, Nizami Musayev Quruluşçu rejissor: Nizami Musayev, Yefim Abramov Quruluşçu operator: Bağır Rəfiyev Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Nazim Hacıyev Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Elmira Əliyeva Montaj edən: Tamara Nərimanbəyova Operator: Abbas Rzayev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: V.Kiselyer Rejissor assistenti: Rafiq Orucov Montaj üzrə assistent: L.Nuriyeva, Lyudmila Lotina, N.Əliyeva Səs operatoru assistenti: Fazil Əfşani İşıq ustası: Rüstəm Rüstəmov, Niyazi Zeynalov Əlbəsəçi: Nina Çurina Rekvizit ustası: Nataliya Şahmuradova Rəng quraşdırıcısı: Əminə Cəfərova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova Redaktor: Ramiz Fətəliyev, Nüsrət Kəsəmənli İnzibatçı: A.Əliyev, Arif Kərimov, Tərlan Babayev (T.Babayev kimi) Filmin direktoru : Aydın İmrani
Rollarda Rasim Balayev — Rəhimov Ceyhun Mirzəyev — Məmmədov Yaşar Nuri — Məmməd Muxtar Maniyev — Kərimov Xuraman Hacıyeva — Xəlilova Yelena Kostina — Alya Aleksandr Şarovski — prokuror Loğman Kərimov — lal-kar Lətifə Əliyeva — ana Lalə Bağırova — Rimma Əjdər Həmidov — Əhməd Rafiq Əliyev — komsomol başçısı Arif Kərimov — Murtuzov Nizami Musayev — Dünyaminov Sadıq Hüseynov — istefada olan podpolkovnik Tərlan Babayev — rəngsaz Oqtay Süleymanov — zavod işçisi Sahib Quluzadə — Lal-kar cəmiyyətinin katibi Alla Sannikova — balacaboy qadın İqor Sannikov — balacaboy kişi Alim Aslanov — polkovnik Nəzərov Dadaş Kazımov — liftçi Faiq Babayev — zavod direktoru Asiman Agayev — Stalin
Filmi səsləndirənlər Amaliya Pənahova — Xəlilova (Xuraman Hacıyeva) (titrlərdə yoxdur) Fəxrəddin Manafov — prokuror (Aleksandr Şarovski) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — ana (Lətifə Əliyeva) (titrlərdə yoxdur) Pərviz Bağırov (aktyor) — Əhməd (Əjdər Həmidov ) (titrlərdə yoxdur)
Sponsor "Universal" Kommersiya Bankı
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288; 340-341.
Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər