Asiye Nur Fettahoğlu () — Türkiyə aktrisası, model.

Həyatı Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır.

Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı.

Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Peyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı. Möhtəşəm əsr (teleserial, 2011) adlı serialda Mahidevran Sultanı canlandırdı.

Filmoqrafiya İl Proyekt Rol Qeydlər 2007 Gönül Salıncağı Aylin Arısoy 2007 Benden Baba Olmaz Tülay Cenk 2008 Aşk-ı Memnu Peyker Yöreoğlu 2011 Qurtlar Vadisi: Fələstin Simon 2011 Möhtəşəm əsr Mahidövran Gülbahar Hasəki Sultan 2011 Gişe Memuru Qadın

Xarici keçidlər

Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:Türkiyə fotomodelləri

Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Almaniya film aktrisaları Kateqoriya:XXI əsr Almaniya aktrisaları Kateqoriya:Albaniyaəsilli Türkiyə şəxsləri Kateqoriya:Almaniya film aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları