Haya bint Hüseyn (; ) — III İordaniya kralı I Hüseynin qızlarından biri.Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn

1974-cü ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun üçüncü xanımı kraliça Aliyə Tukandır. Oksford Universitetində təhsilini tamamladı. Profesional olaraq atçılıqla məşğuldur və 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında İordaniyanı təmsil etdi.

2004-cü ildə Dubay əmirliyinin hakimi Şeyx Məhəmməd əl-Məktumla evləndi və onun ikinci rəsmi xanımı oldu. Bu nigahdan 2 övladı dünyaya gəlsə də, 2019-cu ildə cütlük boşandı. Övladlarıyla birlikdə Birləşmiş krallığa köçən Haya bint Hüseyn 2020-2022-ci illərdə davam edən məhkəmə prosesinin sonunda övladlarının qəyyumluq hüququnu qazandı.

Övladları

Şeyxə Cəlilə bint Məhəmməd (2 dekabr 2007, Dubay-) Şeyx Zayed ibn Məhəmməd (7 yanvar 2012, Dubay-)

İstinadlar