Peridural anesteziya, epidural anesteziya ( — ətrafına, dövrəsinə, əhatəsinə; — səth, üst mater — sərt qişa; ) qısa olaraq PDA regional anesteziyanın bir növü.

Tarixi 1931 ildə Doqliotti peridural boşluğu əldə etməyin "müqavimətin itməsi" metodunu tətbiq etmişdir.M. Heck, M. Fresenius, Repetitorium Anaesthesiologie. Vorbereitung auf die anästhesiologische Facharztprüfung und das Europäische Diplom für Anästhesiologie, səh. 173 ISNB 3-540-67331-8 Springer 2001 1933 ildə isə Qutierrez peridural boşluğu əldə etməyin "asılmış damcı" metodunu tətbiq etmişdir. 1945 ildən peridual boşluğun kateterizasiyası üçün Tuohy — iynəsi tətbiq edilməyə başlanılmışdır. 1949 ildə Çurbelo ilk dəfə olaraq fasiləsiz peridural anesteziya metodunu tətbiq etmişdir.

Anatomiya*Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, səh. 19–37, "MAARİF" Nəşriyyatı, Bakı — 1982

Onurğa beyni xaricdən daxilə doğru üç qişa () ilə əhatə olunmuşdur: 1) onurğa beyninin sərt qişası — ; 2) onurğa beyninin hörümçək torunabənzər qişası — və 3) onurğa beyninin yumuşaq qişası — . Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası — deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə — və daxili səfhə — . Bunların arasında maye toplanmağa başlayır; mayenin təzyiqi nəticəsində onların arasında sahə — subdural boşluq — əmələ gəlir. Sonradan xarici səfhə iki qata ayrılır: xarici və daxili qat. Xarici qat kəllə boşluğunda — sümüküstlüyünü və onurğa kanalında — beynin sərt qişasının xarici səfhəsini, daxili qat isə kəllədə beynin sərt qişasının daxili səfhəsini və onurğa kanalındasərt qişanın özünü () təşkil edir. Xarici və daxili qatların arasında qalan sahəyə kəllədə sərt qişaarası boşluq — və onurğa kanalında sərt qişaüstü boşluq — deyilir. Embrional həyatın ikinci yarısında daxilisəfhə də iki qata ayrılır: xarici və daxili qat; xarici qatdan hörümçək torunabənzər qişa () və daxiliqatdan yumuşaq qişa () əmələ gəlir. Bu qişaların arasında sahə meydana çıxır; həmin sahəyə hörümçək torunabənzər qişaaltı (subaraxnoideal) boşluq — deyilir. Yuxarıda qeyd olunan sahələrin hamısı limfa ilə tutulmuş olur.

Peridural anesteziyanın texniki aspektləriMichael Heck, Michael Fresenius, Repetitorium Anästhesiologie, 3. vollständig aktualisierte Auflage, Springer 2001, ISBN 3-540-67331-8 səh. 303

Vena daxilinə infuziya, Manitorinq: EKQ, pulsoksimetriya, 5 dəqiqəlik fasilələrlə arterial təzyiqin ölçülməsi Pasient əməliyyat masasına əyləşdirilir və ya yanı üstə uzadılır. Sterillik ciddi gözlənilmək məqsədilə icraçı anesteyioloq baş örtüyü, maska, steril xalat və əlcək geyinməli, punksiya olunacaq dəri sahəsi (bel fəqərələri nahiyəsi) metodoloji olaraq dezinfeksiya edilərək steril materiallarla izolə olunmalıdır! Peridural anesteziya: lumbal III/IV yaxud IV/V, torakal VII/VIII/IX/X fəqərəarası sahədən Tuohy iynəsi ilə punksiya "asılan damcı" və ya "müqavimətin itməsi" texnikası iləicra edilir. Peridural boşluq əldə edildikdən sonra birdəfəlik yerli keyləşdirici məhlul yeridilir ya da uzun müddətli fasiləsiz məhlulu inyeksiya etmək üçün Tuohy iynəsinin mənfəzindən keçirməklə ora kateter yerləşdirilir. Adətən peridural anesteziya doğuşa kömək məqsədilə ağrı və sancıları aradan qaldırmaq məqsədilə tətbiq edilir. Bu zaman doğuşun sezar kəsiyi ilə bitirilməsi labüb olarsa peridural boşluğa qoyulmuş kateter vasitəsilə yerli keyləşdirici preparatın bir qədər artıq %-li məhlulu yeridilərək spinal anesteziyanın effektini əldə etmək mümkündür.

Fəsadları Punksiya yerinin infeksiyalaşması Yerli keyləşdiricinin damar daxili inyeksiyası Hemodinamik problemlər: hipotoniya, bradikardiya Ürəkbulanma Baş ağrıları Sidikburaxmanın pozulması Uğursuz travmatik punksion cəhdlər nəticəsində ağrılar Xüsusən torakal peridural anesteziyada onurğa beyninin zədələnməsi; hemiparezlər ya köndələn iflic Aseptik meningit, araxnoidit, , epidural abses, mielit Total spinal anesteziya Allergik reaksiya; anafilaktik şok

İstinadlar

Mənbələr Regionalanästhesie — Techniken im operativen und geburtshilflichen Bereich, Gustav Fischer Verlag, Stuttgart (1981) ISBN 3-437-10732-1 Michael Heck, Michael Fresenius, Repetitorium Anästhesiologie, 3. vollständig aktualisierte Auflage, Springer 2001, ISBN 3-540-67331-8 Gisela Meier, Johannes Bütner, Atlas der peripheren Regionalanästhesie, Anatomie-Anästhesie- Schmerztherapie, 2004 Georg Thieme Verlag Stuttgart, New York ISBN 3-13-136251-0 Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982

Kateqoriya:Anesteziya Kateqoriya:Uşaq doğumu