Tasmalı — Azərbaycan Respublikasının Qax rayonunun Tasmalı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Tasmalı kəndi Qarabaldır və Lələpaşa kəndləri ilə birlikdə Tasmalı kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Tasmalı bələdiyyəsi tərəfindən idarə edilir.

Toponimikası Tasmalı oyk., diiz. Alazan–Əyriçay çökəkliyindədir. Oykonim türk mənşəli tasına etnonimindən və mənsub, bildirənli şək.-sindən ibarətdir. Qırğızlarda və qazaxlarda da tasma tayfası vardır. Bəzi mənbələrə əsasən, XI–XII əsrlərdə tasma tayfalarının bir hissəsi Səlcuqi oğuzlarının tərkibində Azərbaycanda məskunlaşmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi Kənd əhalisi'nin tamamı etnik Azərbaycan Türklərindən ibarətdir və Azərbaycan Türkcəsində danışır. 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Tasmalı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2391 nəfər (1185 nəfəri kişilər, 1206 nəfəri qadınlar) əhali yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Tasmalı kəndində 430 təsərrüfatda hər iki cinsdən toplam 1584 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Həmçinin bax Qax rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri