Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 km²-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir.
Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.
1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.
Mağaranın kəşfi
Fon 1918–1953-cü illərdə Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji kəşfiyyat və qazıntı işləri zamanı ölkə ərazisinin qədim keçmişinə aid yüzlərlə maddi mədəniyyət abidələrində Daş dövrünə aid heç bir arxeoloji abidə qeydə alınmamışdır.М. М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, 1985 Hətta 1881-ci ildə Tiflis şəhərində keçirilən V Arxeoloji Qurultayda Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisində ibtidai insan düşərgələri olmadığı haqqında qərar çıxarılmışdır.Археология Aзербарджана (каменныи век), АГУ, 1975
1950-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan ərazisində Daş dövrü abidələrinin öyrənilməsi üçün xüsusi plan hazırlamışdır. Bu plana uyğun olaraq, 1953-cü ildə Daş dövrü üzrə görkəmli alim S. N. Zamyatnin SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutu tərəfindən Bakıya dəvət olunmuşdur. 1953-cü ilin payızında Azərbaycan Elmlər Akademiyasında Paleolit dövrü üzrə ilk dəfə olaraq arxeoloji kəşfiyyat işlərinə başlanmışdır. S. Zamyatninlə birlikdə M. Hüseynov 1953-cü il noyabrın 1-dən 30-dək Azərbaycanın Şamaxı, Mərəzə və Qazax rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparmışlar.М. М. Гусейнов – Азыхская пещера – крупный карст и древнейшая стойанка в Азербайджане, ДАН АзССР, 1965, № 11 1953-cü ilin payızında Damcılı düşərgəsində aparılan arxeoloji kəşfiyyat işləri zamanı tapılmış arxeoloji və paleontoloji tapıntılar burada Daş dövrü insanlarının məskunlaşmasını söyləməyə imkan vermişdir.Замятнин Сергей Николаевич — Разведка по каменному веку в Азербайджане осенью 1953 г. // Труды Института истории АзССР. Баку, 1958. С. 5–19
Azərbaycan Respublikası ərazisində Daş dövrü düşərgələrini müəyyən etmək məqsədilə 1956-cı ildə Elmlər Akademiyasının Tarix muzeyində M. Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası təşkil olundu. 1956–1958-ci illərdə Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində olan Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri apardı.
1958-ci ilin yay fəslində M. Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində kəşfiyyat işləri aparmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid yeni bir düşərgə qeydə alınmışdır. Mağara düşərgəsi Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında olduğu üçün ona Daşsalahlı mağarası adı verilmişdir. Aparılan arxeoloji qazıntılar zamanı Daşsalahlı mağara düşərgəsindən tapılmış daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların orta Paleolit dövründə hazırlandıqlarını söyləmək olar.
1958-ci ilin iyul ayında SSRİ EA-nın Qafqaz arxeoloji ekspedisiyası qısamüddətli kəşfiyyat işləri zamanı rayonun Yuxarı Salahlı kəndi yaxınlığında Mustye mədəniyyətinə aid açıq düşərgə qeydə almış və oradan əmək alətləri tapmışdı.Любин Василий Прокофьевич — Нижнепалеолитические памятники Юго-Осетии // МИА. 79. 1960
Mağaranın kəşf olunması 1960-cı ilin iyun-iyul aylarında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qarabağ ərazisində kəşfiyyat işləri aparmışdır. Kəşfiyyat işləri Qarabağın Quruçay və Köndələnçay vadilərində və ona yaxın ərazilərdə aparılmışdır.М. М. Гусейнов — Новые археологические данные о Гуручайскойкультуре пещеры Азых а АзССР//ИАН АзССР, серия истории, философии, права, 1980, № 3 Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Quruçayın sol sahilində Azıx və Tağlar düşərgələri qeydə alınmışdır.
Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m, çayın müasir yatağından 100–120 m yüksəklikdə, Füzuli şəhərindən 14km aralıda yerləşir.М. М. Гусейнов, А. К. Джафаров — Палеолит Азербайджана, Элм, 1986
Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar ancaq Azərbaycan alimləri iştirak edirdilər, lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi, burada kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılmasını gərəkliyini ortaya çıxardı. Ona görə də Azıx paleolit düşərgəsində arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar.
Azıxda elmi tədqiqatlar aparan M. Hüseynov, D. V. Hacıyev, Ə. V. Məmmədov, N. Ş. Şirinov, Ə. Q. Cəfərov, A. A. Veliçko, S. D. Əliyev, M. B. Süleymanov və başqa alimlərin fəaliyyəti nəticəsində Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilmişdir.
Tədqiqi
1960–1973-cü illər thumb|200px|right|Məmmədəli Hüseynov Azıx mağarasında tədqiqatların ilk mərhələsində. 1960–1973-cü illəri əhatə edən I mərhələdə aparılan arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alınmışdır. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, tunc və eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır.
Azıx paleolit düşərgəsinin III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta Paleolit dövrünə aid daş məmulatı və fauna qalıqları tapılmışdır. Azıx mağarasının IV təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı maddi mədəniyyət nümunələri qeydə alınmamışdır. Ona görə də bu təbəqə lal təbəqə adlanır. Azıx paleolit düşərgəsinin V–VI təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı qədim, orta və son Aşel mədəniyyətinə aid zəngin maddi mədəniyyət qalıqları tapılmışdır.М. М. Гусейнов – Азыхская пещера – многослойный памятник ашельского периода в СССР, АО 1971, М., 1972
1968-ci ilin iyun ayında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir.Г. И. Лазуков — Природа и древний человек: основные этапы развития природы палеолитического человека и его культуры на территории СССР в плейстоцене, Мысль, 1981, С. 71–72 Азыхская стоянка (Нагорно-Карабахская авт. обл., долина р. Кур укай), открытая М. М. Гусейновым, расположена на высоте 1400 м над уровнем моря. Обнаружено два мустьерских и два ашельских культурных слоя. Верхний ашельский слой содержит рубила, грубые скребла, остроконечники, нижний слой более архаичен. В нем найдены грубые рубила, чопперы и галечные орудия. В верхнем (?) слое найден фрагмент нижней челюсти архантропа…
Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə professor Dəmir Hacıyev məşğul olmuşdur. D. V. Hacıyevin apardığı elmi tədqiqatlar zamanı çənənin ibtidai insana məxsus olması müəyyən edilmiş və tapıntıya Azıxantrop tipli ibtidai insan adı verilmişdir.Д. В. Гаджиев, М. М. Гусейнов – Первая для СССР находка ашельского человека (Азербайджан, Азыхская пещера)//Учен. зап. Азгосмединститута, 1970, т. 31
1974–1985-ci illər Çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1974–1985-ci illərdə M. Hüseynovun rəhbərliyi altında kompleks şəkildə II mərhələdə arxeoloji qazıntı işləri aparılmışdır.М. М. Гусейнов – Исследования в Азыхской пещере, АО 1979, М., 1980
Düşərgədə II mərhələdə aparılan arxeoloji tədqiqat işlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqat işləri VI təbəqədən aşağıda yerləşən çöküntülərdə aparılmış və 4 yeni arxeoloji təbəqə qeydə alınmışdır.М. М. Гусейнов — Новые археологические данные о Гуручайской культуре пещеры Азых а АзССР//ИАН АзССР, серия истории, философии, права, 1980, № 3
1974–1975-ci illərdə Azıx düşərgəsində yeni müəyyən olunmuş VII-VIII-IX və X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik maddi mədəniyyət nümunələri tapılmışdır.
Maddi mədəniyyət qalıqları arasında əsas yeri çaydaşılarından hazırlanmış kobud çapma alətləri tutur. Daş məmulatı ilə birlikdə daşlaşmış heyvan sümükləri də qeydə alınmışdır. Aparılan kompleks elmi tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin VII–X təbəqəsindən tapılmış daş məmulatının dünya arxeologiyasında oxşarı olmadığı və bunların tamamilə yeni bir arxeoloji mədəniyyətə məxsus olması müəyyən edilmiş və bu mədəniyyətə Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir.
Azıx paleolit düşərgəsinin VII–X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 212 ədəd daş məmulatı tapılmışdır. Daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinin elmi tədqiqi zamanı Quruçay arxeoloji mədəniyyətinin bir neçə inkişaf mərhələsi olması müəyyən edilmişdir.М. М. Гусейнов — Древний палеолит Азербайджана: культура Куручай и этапы ее развития : 1,500,000–70 тысяч лет назад, Элм, 1985
İNTAS-2000 Azərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-ci ildə Beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamışlar. Proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunmuşdur.
Həmin proqrama uyğun olaraq Ə. Q. Cəfərov Fransanın İnsan Paleoantologiya İnstitutu və Avropa Arxeoloji Tədqiqatlar Mərkəzində Azərbaycanın paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları haqqında elmi məruzələrlə çıxış etmişdir. Məruzələrə Azıx, Tağlar və digər paleolit düşərgələrinin arxeoloji və paleoantoloji tapıntıları şərh edilmiş, azıxantropun çənə sümüyünün qalığının isə Qafqaz və Yaxın Şərqdə ən qədim paleoantropoloji tapıntı olduğunu bildirmişdir.
2002-ci ildə sentyabrın 7-dən oktyabrın 1-dək Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley ()olmaqla Bakıya gəlib çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuş və bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qeyd etmişlər.
2001–2009-cu illər right|thumb|250px|2009-cu ildə Azıx mağarasında arxeoloji qazıntılar. 2001-ci ildən etibarən Azıx mağarasında İngiltərə, İspaniya, İrlandiya və Ermənistandan olan beynəlxalq tədqiqatçılar qrupu İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın başçılığı altında tədqiqat işlərinin aparılmasına başlanmışdır. Bu tədqiqat işləri tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın himayəsi altında aparılmışdır.Новые находки на раскопках в Арцахе //Ermənistanın Səsi, 11 may 2010]