Toyuq şorbası - Azərbaycanın milli yeməyi.
Tərkibi Toyuq əti - 155q, düyü - 25q, ərinmiş yağ - 20q, alça və gavalı - 20q, noxud - 20q, baş soğan - 20q, şüyüd - 10q, istiot, zəfəran duz.
Hazırlanma qaydası Toyuqdan bişirilmiş bulyon ələkdən süzülür.Düyü bulyonda bişirilir, üzərinə yağda qızardılmış soğan qatılıb hazır olmasına 15 dəqiqə qalmış ayrıca bişirilmiş noxud, alça və ya gavalı qurusu əlavə edilir. Sonra üzərinə dilim şəklində doğranmış bişirilmiş toyuq əti və doğranmış şüyüd əlavə edilib 1-2 dəqiqə qaynadılır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Düyü xörəkləri Kateqoriya:Azərbaycan şorbaları Kateqoriya:Xalq təbabəti Kateqoriya:Qaraçı mətbəxi