Həsən Məmmədbağır oğlu Abdullayev () — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.https://science.gov.az/az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3212 ,gl6.pdf Görkəmli azərbaycanlılar

Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır.

Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir.

Həyatı Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.

1941–1944-cü illərdə Ordubad Pedaqoji Məktəbində dərs demişdir.

1945-ci ildən Azərbaycan EA-da işə başlamışdır. Laborantdan akademikədək, Azərbaycan EA Prezidentinə kimi yüksəlmişdir. Eyni zamanda ADU (pndiki BDU), APİ (indiki ADPU), AMİ (indiki ATU) — də dərs demişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetində "Yarımkeçiriciər fizikası" kafedrasını yaratmışdır. Bu kafedra bütün SSRİ-də yaradılmış ilk yarımkeçiricilər kafedralarından biri idi.

1948–1950-ci illərdə Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun direktor müavini, 1950-ci il yanvarından 1950-ci il avqust ayına kimi həmin institutun direktor əvəzi işləmişdir.

1950–1953-cü illərdə Leninqrad Fizika-Texnika İnstitutunda professor D. N. Nasledovun laboratoriyasında işləmişdir. 1954-cü ildə həmin institutda prof. D. Nasledovun rəhbərliyi və məşhur alman fiziki V. Rentgenin tələbəsi olmuş akademik A.F.İoffenin sədrliyi altında müdafiə şurasında "Selenid düzləndiricilərdə baş verən fiziki proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1957–1993-cü illərdə Azərbaycan EA Fizika İnstitutu direktoru vəzifəsində işləmişdir.

1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilmişdir. 1968–1970-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika bölməsinin akademik katibi olmuşdur. 1970–1983-cü illərdə Azərbaycan EA-nın Prezidenti olmuşdur. 1970-ci ildə SSRİ EA və RSFSR EA ümumi fizika və astronomiya bölməsinə "fizika" ixtisası üzrə müxbir-üzv seçilmişdir.

1970-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı, 1974-cü ildə əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Həsən Abdullayev dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

O, doğma Azərbaycan dili və rus dillərindən əlavə türk, alman və ingilis dillərini bilirdi.)

Ailəli olub, üç övladı və altı nəvəsi var.

Elmi-pedaqoji fəaliyyəti 300px|thumb|right|Bakıya dəvət olunmuş Nobel mükafatı laureatı professor Rudolf Mössbauer (birinci cərgədə, soldan ikinci), akademik Həsən Abdullayevin və Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutundan olan həmkarlarının arasında Akademik H. Abdullayev ömrünün əlli ilindən çoxunu yarımkeçiricilər fizikasına və biofizikaya həsr etmişdir. İlk dəfə olaraq selenli cihazlarda selenin anomal hallarını aşkara çıxarmaqla onların idarə olunması yollarını göstərmişdir. Uzunmüddətli elektrik yaddaşlı cihazların hazırlanması və lazer üçün mürəkkəb kimyəvi tərkibli yarımkeçirici monokristalların alınması üçün bir sıra kompleks təcrübələr aparmışdır. H. Abdullayev tərəfindən yeni mürəkkəb yarımkeçiricilərin alınması üçün aparılan təcrübələr, elektrik yaddaşlı idarə olunan diodların yaradılmasına gətirib çıxarmışdır.

Selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunlar əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi nəticələri vardır. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılmışdır.

Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını vermişdi. Alim ömrünü yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafına həsr edib.

Həsən Abdullayev in optik kvant generatorlarının yaradılması üçün kompleks kimyəvi tərkibli yeni yarımkeçirici monokristalların əldə edilməsi ilə bağlı işləri Sovet elminin 1964–1965-ci illərin ən mühüm nəticələri sırasına daxil olunmuşdu. O, 1952-ci ildə nəşr olunmuş Azərbaycan dilində yarımkeçiricilər fizikası ilə bağlı ilk fundamental əsərin müəllifidir. Azərbaycan dilində fizika üzrə ilk terminoloji lüğətin müəlliflərindən və baş redaktoru, Azərbaycanda "Xəbərlər" və "Elm və Həyat" akademik jurnallarının redaktoru kimi çalışıb. H. Abdullayevin Azərbaycan Elmlər Akademiyasında elektrokimya, biokimya, biofizika76, molekulyar biologiya, molekulyar genetika77,78 və digərləri kimi əlaqəli fundamental elm sahələrinin formalaşmasında və inkişafında böyük xidmətləri var.

O, termoelektrik çeviriciləri üçün yeni yarımkeçiricilərin alınmasını işləyib hazırlamışdır. Termoelektrik çevriciləri üçün aldığı yarımkeçirici materiala Amerika Birləşmiş Ştatları və Fransanın patentləri verilmişdir. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti var. O, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaratmışdır. Keçmiş SSRİ Elmlər Akademiyası "Yarımkeçiricilər fizikası və kimyası" elmi şurasının üzvü, respublika "Fizika problemləri" elmi şurasının və "Bilik" cəmiyyətinin sədri olmuşdur.

Həsən Abdullayevin elmi-təşkilati fəaliyyətini də qeyd etmək olar. Alim, indiyədək xeyli sayda fizika elmləri namizədi və fizika elmləri doktoru yetişdirmişdir. O, onlarla dissertasiyaya opponentlik etmişdir. Onun məşhur tələbələri arasında M. Kərimov, Y. Seyidov, E. Salayev, M. Şahtaxtinski, G. L. Belinki, K. Allahverdiyev, R. Süleymanov, H. Paşayev, A. Paşayev, B. Tağıyev, N. A. Quliyev, A. Z. Quliyev, R. Nani, S. Karimov (Tacikistan), Ş. Mavlonov, A. S. Babayev, V. B. Antonov, X. Məmmədov, M. Y. Bakirov, J. Abakarov (Özbəkistan), Y. V. Qorin, V. A. Sadıqov, F. M. Həşimzadə, S. Mehdiyeva, M. Əliyev, B. A. Əsgərov, Z. A. Əliyarova, S. Mehdiyeva, K. Ş. Qəhrəmanov, A. Ş. Feldman vardır.

Elmi tədqiqat işləri və əsas nəticələri Beynəlxalq elmi müşavirələrdə iştirak və çıxış etmişdir. Amerika Birləşmiş Ştatlarında (1970), Türkiyədə (1974) yarımkeçiricilər fizikasına dair mühazirələr oxumuşdur. Yarımkeçirici maddə və cihazların tədqiqi və tətbiqinə dair bir sıra əsərlərin müəllifidir. "Elektron yarımkeçiricilərin və onların tətbiqi" (1952) kitabı yarımkeçiricilər fizikası sahəsində Azərbaycan dilində nəşr olunan ilk əsərdir.

O, 17 monoqrafiyanın, 1000-dən çox elmi məqalənin, 700 yaxın SSRİ şəhadətnaməli ixtiranın, 40 ədəd ABŞ, Fransa, Almaniya, İngiltərə, Türkiyədə, Rusiyada və d. xarici patentin müəllifi, 200-dən çox doktorluq və namizədlik dissertasiyasının rəhbəri olmuşdur.

1953-ü ilə qədər yerinə yetirdiyi elmi işlər H. B. Abdullayev p-n keçidlərinin yaradılması və tədqiqində görkəmli nəticələr əldə edib. 1945-ci ildə ilk dəfə anodda dinamik potensial sıçrayışını və yüksək temperaturlarda katotda statik sıçrayış kəşf edib. Hərtərəfli tədqiqatlar nəticəsində düzləndicilərdə lokal təbəqənin fiziki təbiəti və əmələ gəlmə proseslərini aydınlaşdırıb. Yerinə yetirdiyi elmi işlər yarımkeçiricilərin düzləndirmə dinamik nəzəriyyəsinin əsasını təşkil edib və yarımkeçiricilərin xassələrinin bir sıra fiziki xüsusiyyətlərinin anlaşılmasına səbəb olub: – selen elementlərinə əsaslanan ilk süni p-n keçidini yaratmışdır;

– düzlənmiş cərəyanın orta dəyərinin tezlikdən asılılığı üçün fiziki mexanizm hazırlamışdır;

– diodun quruluşundakı super güclü sahələrdə keçiricilik üçün empirik düstur əldə etmişdir:

Bu işlər yarımkeçiricilərin düzləndirmə nəzəriyyəsinin əsasını təşkil etmişdir. H. Abdullayevin adı yarımkeçiricilər fizikasının – A3 B6 birləşmələrinin və onların daha mürəkkəb analoqlarının əsas anlayışları ilə əlaqələndirilir.

Əsas elmi nəticələri Abdullayev tələbələri ilə – eksperimental nəticələrə əsasən çoxqatlı klapan fotoelementlərin faydalı iş əmsalını təyin etməyə imkan verən hesablama düsturu əldə etmişdir:

1959-cu ildə yaratmışlarından: – Təbii galenid əsaslı termoelektrik generator; – parametrləri artırılmış selen fotoelementləri.

Abdullayevin selenyuma dair əsərləri dünyada görkəmli sayılır. 1961-ci ildə selen, tellur, onların mürəkkəb birləşmələrinin kristallarının əldə edilməsi, fiziki xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi və yeni yarımkeçirici çevricilərin yaradılması ilə bağlı əsas işləri ilə geniş tanınmışdır. 1963-cü ilə qədər görülmüş termoelektrik işlərin döngüsü istilik çevrici üçün təsirli olan yeni mürəkkəb yarımkeçiricilərin yaranmasına səbəb olub. Həsən Abdullayevin rəhbərliyi altında: – radioaktiv izotoplar metodu ilə selendə diffuziyanın kəmiyyət xüsusiyyətləri və diffuz atomun vəziyyəti müəyyən edilmişdir; – ilk dəfə elektronoqrafik metodu ilə göstərilmişdir ki, düzləndiricilərdə və fotoelementlərdə düzləndirmə mexanizmi onlarda heterokeçidlərin əmələ gəlməsi ilə səciələnib; – selen diod konstruksiyalarının istehsalı üçün mövcud texnologiyaların təkmilləşdirilməsi və yeni yüksək səmərəli texnologiyaların yaradılması üçün elmi əsaslar hazırlanmışdır; – mənfi müqavimətli p-n keçidi əldə edilmişdir. 250px|thumb|left|Həsən Abdullayevi təşəbbüsü ilə yaradılmış, hazırda Milli Nüvə Tədqiqatları Mərkəzi Abdullayev işçiləri ilə: – selen və tellurun ikiqat və üçlü birləşmələrinin yeni qruplarını aşkar etmişlər; – spektrin görünən və infraqırmızı bölgələri üçün effektiv qəbulediciləri kimi A3 B6 qrupu analoqlarının çox sayda yeni daha mürəkkəb yarımkeçiriciləri proqnozlaşdırılmış və əldə edilmişdir (1962-ci il); – A3B6 qrupunun elementlərinin mükəmməl monokristallarının alınması üçün texnologiya hazırlanmışdır (TlSe əldə edilmişdir – 1959-cu il); – A3 B6 qrupu birləşmələrinə əsaslanan rentgen və neytron radiasiyasının detektorları müəyyən edilmişdir (1960-cı il); – GaS təbəqəli selen diodlar əldə edilmişdir (1961-ci il); – ilk dəfə GaSe-nin böyük monokristalları əldə edilmiş (1961-ci il), tək tutulmanın mövcudluğu aşkar edilmiş və GaSe-də daha dərin yapışma səviyyələrinin olması təyyin edilmişdir (1961-ci il); – xüsusi təmizlikdə material Se 99,99999% əldə edilmişdir (1963-cü il); – əldə edilmiş xüsusi təmizlikdə Selenin 99, 99999% monokristalları (ərimədən xlor və brom qarışığı ilə və 7x4x2 mm3 ölçüdə buxar fazasından yetişdirilmişdir, (1968-ci il);