Məzmun Kinosüjetdə qatarın Bakı dəmiryol stansiyasına daxil olması anları lentə alınmışdır.
Film haqqında Bu kinolent xaraktercə dünya kino tarixinin başlanğıcında Lümyer qardaşlarının çəkdikləri eyniadlı filmin təkrarı idi. Bununla belə o reportaj manerasında lentə alınmış hadisəli informasiya süjetidir. Lentə alınan qatarın kinokameranın üstünə gəlməsi özü-özlüyündə kinematoqrafik situasiya yaratmış və tamaşaçıda ekspressiv-coşğun duyğular oyadaraq, onun hiss və həyəcanına fəal şəkildə təsir etmişdir. Şahidlərin yazdığına görə və kino tarixi ilə bağlı tədqiqatlardan məlum olur ki, Lümyer qardaşlarının ixtirasının ilk nümayişi zamanı tamaşaçılar parovozun ekran boyu sürətlə onların üstünə gəldiyini görüb qorxuya düşmüş və hay-küylə kafedən bayıra qaçmışlar. Şübhəsiz, həmin hadisə Bakıda da təkrar olunmuşdur. Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.
Kateqoriya:1898-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan sənədli filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Azərbaycanın səssiz filmləri Kateqoriya:Rusiyanın ağ-qara filmləri Kateqoriya:Azərbaycanın ağ-qara filmləri Kateqoriya:Dəmiryol nəqliyyatı haqqında filmlər