Cəfər Sadiq (; ) — Cəfərilikdə 6-cı, İsmaililikdə 5-ci imam. Nəqşibəndi silsiləsindəki 4-cü şeyx. Məzarı Bəqi qəbiristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır.
Həyatı Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümumilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi. İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördüHidayet Önderleri İmam Cafer Sadık(a.s), səh.22. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı. Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu. İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı, bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdıHidayet Önderleri İmam Cafer Sadık(a.s), səh.23.
İmamın Elmi Mübahisələri Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq buyurdu: "Baş verən işlərin varlığı, onları yaradanın varlığına dəlalət edir. Görmürsənmi, sən bir tikilmiş binaya baxdıqda, hətta bənnanı görməsən və onu müşahidə etməsən də, onun bir banisinin(tikənin) olduğunu bilirsən…"Əllamə Təbərsi, əl-İhticac (azərbaycanca)səh.548
Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə səcdə etməyi əmr etdi?" İmam Sadiq buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə, Allah üçün səcdə etmişdir . Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər, buna görə də səcdələri Allah üçün idi"Əllamə Təbərsi, əl-İhticac (azərbaycanca)səh.570.
İmamın şəhid edilməsi Mənsur Dəvaniqi, İmam'ı öldürməyi plânlamıştıNuru'l-Əbsar, səh.133; əl-İthaf bi-Hubbi'l-Əşraf, səh.54; Səbaiku'z-Zəhəb, səh.72. Öldürücü bir zəhər hazırlatmış və valisi vasitəsilə İmama içirtmişdi. İmam Cəfər Sadiq onu içəndə, bağırsaqları parçalanmış, dözülməz ağrılar çəkməyə başlamışdı. İmam Cəfər Sadiqin şəhid edilməsi, o dövrdə İslam aləminin başına gələn ən böyük fəlakətlərdən biri idi. Bu hadisənin dəhşəti qarşısında İslam aləminin dörd bir tərəfi sarsıldı. Haşimilərin və digər insanların evlərindən fəryadlar yüksəldi.Hidayet Önderleri İmam Cafer Sadık(a.s), səh.273
Əhli-Sünnə alimlərinin Cəfər Sadiq haqqında dedikləri Müasir sünnilər İmam Cəfər Sadiqin əhli-sünnə olduğunu iddia etsələr də bu, onların böyük rucal alimlərinin sözləri ilə üst-üstə düşmür. Belə ki, bir çox əhli-sünnə alimi onu zəif hesab etmiş və etibarlı görməmişdir. Belə olduğu halda İmam Cəfər Sadiqin əhli-sünnə olmağı sual altına düşür, çünki, əgər əhli-sünnə olsaydı böyük sünni alimləri onu mədh edərdi. Onlarda bəziləri:
Yəhya ibn Səid dedi
"Mucalid mənə daha sevimlidir nəinki o (Cəfər), mənim hisslərimdə ona (Cəfərə) qarşı nəsə var (şübhəliyəm)".Şəmsəddin Zəhəbi "Mizan əl-Eitidal" cild 1 nömrə 1519
İbn Uyaina dedi:
"Onun yaddaşında nəsə problem var idi"Əllamə ibn Əbdul Birr "Ət-Təmhid" cild 3 səh 66
Şəmsəddin Zəhəbi yazır ki, əhli-sünnə alimi Süfyani Suri İmam Cəfər haqda belə deyirdi:
"Süfyani dedi: Biz adətən üç nəfərin hədislərinə gülərdik. Bunlar Rabia, Məhəmməd ibn Əbi Bakar ibn Həzm və Cəfər ibn Məhəmməddir, çünki onlar hədis elmində zəif idilər."Şəmsəddin Zəhəbi "Siyər aləm ən-Nubəla" cild 6 səh 91
İbni Hacər Əsqalani İmam Cəfərin tərcüməsində yazır:
"İbn Sa'd dedi: O adətən çox hədis danışardı, amma siğa deyil və zəif hesab olunur."İbni Hacər Əsqəlani "Təqzib ət-Təqzib" cild 2 səh 88
Şəmsəddin Zəhəbi imam Cəfər haqqında yazır:
Musa'ab ibn Abdullah dedi: "Malik İmam Cəfərdən hədis demirdi, ta o vaxta qədər ki, həmin hədisi uca və hörmətli alimdən eşitməsin. Yalnız o vaxt Malik o hədisi qeyd edirdi".Şəmsəddin Zəhəbi "Mizan əl-Etidal" cild 1 nömrə 1519
Əhməd ibn Hənbəl İmam Cəfərin tərcümeyi-halında yazır:
Əl-Mərvəzi (Əhməd ibn Hənbələ istinadən) Cəfər ibn Məhəmməd haqqında soruşduqda, Əhməd ibn Hənbəlin cavabı belə olmuşdur: "Yəhya ondan rəvayət etmiş və onu zəif hesab etmişdir.""Məvsuatu Akval əl-İmam Əhməd ibn Hənbəl fi Rical əl-Hədis və İləlih" cild 1, səhifə 202
Əl-Meymuni demişdir:
"Cəfər ibn Məhəmməd hədisdə zəif və müztəribdir (yəni, hədisləri ziddiyyətlidir)."
Əbu Davud dedi:
"Əhməddən eşitdim ki, Əli ibn Zeyd, Cəfər ibn Məhəmməd, Asim ibn Ubeydullah və Abdullah ibn Məhəmməd ibn Aqil bir-birinə çox yaxındırlar və biz onları tənqid edirik."
Həmçinin bax
Qasım ibn Məhəmməd ibn Əbu Bəkr
İstinadlar
Xarici keçidlər İmam Cafer Sadık (a.s)
Kateqoriya:İmamlar Kateqoriya:Mədinədə doğulanlar Kateqoriya:Mədinədə vəfat edənlər Kateqoriya:Bəqi qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Alimlər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Ərəb alimlər Kateqoriya:İslam alimləri Kateqoriya:Mədinəlilər Kateqoriya:Nəqşibəndilik Kateqoriya:Övliyalar