Atillanın atlıları tammetrajlı film-tamaşası rejissor Sevil İbrahim tərəfindən 2002-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsərdə olduğu kimi filmdə də əvvəldən axıradək türklərdə adət ənənələr, türklərin mərdliyi və qorxmazlığı tərənnüm edilmişdir. Əsas rolları Ramiz Məlik, Qönçə Ağabəyli, Rafiq Əzimov və Abbas Qəhrəmanov ifa edirlər.
Məzmun Filmdə Atillanın (Ramiz Məlik) Şaman baba (Rafiq Əzimov) ilə söhbəti, Şaman babanın məsləhətləri, Atillanın kralın qızı Qrimildaya (Qönçə Ağabəyli) aşiq olması, onunla evliliyi, toy günündə qızın atası (Abbas Qəhrəmanov) tərəfindən onun zəhərlənməsi və Qrimildanın könüllü ölümə getməsi əks etdirilir.
Əsərdə olduğu kimi filmdə də əvvəldən axıradək türklərdə adət ənənələr, türklərin mərdliyi və qorxmazlığı tərənnüm edilmişdir.
Film haqqında Film Nəbi Xəzrinin eyniadlı poeması əsasında ekranlaşdırılıb.
Filmin üzərində işləyənlər Əsərin müəllifi: Nəbi Xəzri Rejissor: Sevil İbrahim Operator: Əlövsət Cəlilov Rəssam: Oqtay Quliyev
Rollarda Ramiz Məlik — Atilla Qönçə Ağabəyli — Qrimilda Rafiq Əzimov — Şaman Abbas Qəhrəmanov — kral Azad Şükürov — Varyaq Samir Qulamov — əsgər
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2002-ci ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2002-ci ilin filmləri Kateqoriya:2002-ci ilin Azərbaycan filmləri