thumb|right|160px|Marta Argerix 21 yaşında. 1962 il

Marta Argerix , (başqa oxuma – Marta Argeriç) ) — Argentina pianoçusuİjon-Piser Sullyet, 88 notes pour piano solo, "Solo nec plus ultra", Neva Editions, 2015, p.50. ISBN 978 2 3505 5192 0.. Səhnədə ilk çıxışı 1949-cu ildə olmuşdur. 1955-ci ildən Avropada (2003-cü ildən Brüsseldə) yaşayır. F. Qulda, N. Maqalov və A. Benedetti Mikelancelidən dərs almışdır. Bolsanoda F. Buzoni adına beynəlxalq müsabiqənin (1957) mükafatına, musiqiçi -ifaçıların Cenevrədə (1957). Varşavada Frederik Şopen adına (1965) beynəlxalq müsabiqələrinin birinci mükafatına layiq görülmüşdür. Argerixin geniş repertuarında romantik musiqi (əsasən, F. Şopen və R. Şumanın) xüsusi yer tutur. Ş. Dütuanın, G. Kremerin. M. Mayskinin, M. L. Rostropoviçin. A. Rabinoviç-Barakovskinin və başqa iştirakı ilə orkestr və kamera ansambllarında çıxış etmişdir. İfası "Deutsche Grammophon", "EMİ", "Teldec", "Philips" və s. firmalar tərəfindən yazılmışdır. Hər il keçirilən musiqi festivalı (İsveçrə, Luqano; 2002-ci ildən) və Argerix adına pianoçular müsabiqəsinin (Buenos-Ayres, 1999, 2003) təşkilatçısıdır.

İstinadlar

Kateqoriya:Argentina pianoçuları Kateqoriya:Argentina musiqiçiləri Kateqoriya:Qadın pianoçular Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Buenos-Ayresin fəxri vətəndaşları Kateqoriya:Polşanın "Xidmətlərə görə" ordeninin komandorları