Laləcin (yerli xalqın tələffüzü ilə Ləlin) — İranın Həmədan ostanının şimalındakı Bahar şəhristanının Laləcin bəxşində yerləşən şəhər, həmin bəxşin inzibati mərkəzi.

Həmədandan 20 km., Bahardan 9 km. məsafədə yerləşir.

2006-cı il əhalinin siyahıya alınmasına əsasən nüfusu 14,724 nəfərdir. Əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir.

Laləcin Yaxın Şərqdə keramika və dulusçuluğun mərkəzi kimi tanınır. Laləcin əhalisinin böyük əksəriyyəti bu sənətlə məşğuldur.

Kateqoriya:Həmədan ostanının şəhərləri