Altı nömrəli palata tammetrajlı televiziya tamaşası rejissor Bəhram Osmanov tərəfindən 1994-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr paslanmış, ətrafı köhnə xarabalıqlarla əhatələnmiş bir yerdə yerləşən 6 bömrəli palatada baş verir. Əsas rolları Abbas Qəhrəmanov, Ayşad Məmmədov, Elxan Ağahüseynoğlu, Qurban İsmayılov və Elxan Quliyev ifa edirlər.
Məzmun Filmdə hadisələr paslanmış, ətrafı köhnə xarabalıqlarla əhatələnmiş bir yerdə yerləşən 6 nömrəli palatada baş verir. Buradakı xəstələr unudulmuş, tərk edilmiş xəstələrdir. Onlara kimsə baş çəkmir. Hər bir xəstənin özünəməxsus xəstəliyi var: biri gecə-gündüz qüssə içində olur, biri səhərdən -axşama kimi küçələrdə dilənir, hamıya qulluq edir, yoldaşlarına su verir, bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya humanistliklə etmir, yalnız bunu etmək istəyir vəssalam. Palatada gənc xəstə olan İvan isə bura təqibolunma xəstəliyindən əziyyət çəkdiyi üçün salınır. Çox savadlı olan, mütaliə etməyi sevən İvan çox acılar çəkmişdir: ilk öncə universitetdə oxuyarkən atasını itirmiş, daha sonra isə anasını. Pulsuzluqdan əziyyət çəkmişdir. Bir gün küçə ilə addımlayarkən ona elə gəlir ki, kimsə onu izləyir, arxasına düşüb, beləcə onda bu fobiya yaranır və nəticədə isə onu bu palataya salırlar.
Dövrün tibbi şəraitinin pis olması, dəlilərə laqeyd yanaşılma, həqiqətin ayaq altına alınması və.s filmdə yer almışdır. Həyatda daim əzab-əziyyət görən İvan Dmitriç və hər şeyə laqeyd yanaşan, sionist Andrey Yefimiç. Eyni zamanda xəstəxanadakı digər xəstələr, onların davranışı əsərdə olduğu kimi filmdə də çox mükəmməl təsvir olunmuşdur.
Film Anton Çexovun əsəri əsasında çəkilib.
Filmin üzərində işləyənlər Əsərin müəllifi: Anton Çexov Ssenari müəllifii: Bəhram Osmanov Rejissori: Bəhram Osmanov Operatori: Eldar Məmmədov Rəssami: Oqtay Quliyev Prodüseri: Ramiz Həsənoğlu
Rollarda Abbas Qəhrəmanov — Ragin Ayşad Məmmədov Elxan Ağahüseynoğlu Qurban İsmayılov Elxan Quliyev Rəzzaq Məmmədov
Mənbə Çexov – 6 nömrəli palata
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1994-cü ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1994-cü ilin filmləri Kateqoriya:1994-cü ilin Azərbaycan filmləri