Ağayeva Həcər Maqsud qızı () — Azərbaycan aktrisası, Azərbaycanın Əməkdar artisti (2021).
Həyatı Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini 2004-cü ildə bitirib. Həcər Ağayeva 2005-ci ildə S. Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib.
2004–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb. 2004-cü ildən S. Vurğun adına Rus Dram teatrın aktrisasıdır.
Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib.
17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) — Firəngiz Tanrıverdinin nağılı (film, 2008) — Şəms Laplandiyalı qonaq (film, 2009) Sonuncu dərviş (film, 2009) — Maral Rəhmanzadə Aramızda qalsın (film, 2011-2013) — Əfsanə Vəkil hanı? (film, 2011) — Esya Şəbəkə (film, 2011) — Fəridə həkim Sirr (serial, 2012) — Gülnaz Həyat sən nə qəribəsən (teleserial, 2013) 2 ömür (film, 2016-2017) (bədii serial) — Səhər Həddən artıq uyğunluq (film, 2016) Əqrəb mövsümü "İki dünya bir olsa da" (teleserial, 2025) — Sona Tağıyev. Məktəb (film, 2026) — Hənifə Məlikova Akinak (film, 2026)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları