XV və IV Karl () — Bernadotlar sülaləsindən İsveç-Norveç kralı idi. 19-cu adlansa da o, Karl adlı doqquzuncu İsveç kralı idi.
Həyatı 3 may 1826-cı ildə Stokholmda anadan olmuşdu. Anadan olan kimi nominal Skane hersoqu elan olunmuşdu. I Oskar və Yozefina Leuxtenberqin ən böyük oğlu idi. 1841-ci ildə babası XIV Karl İohanndan ilk vəzifə təyinatını almış, 1845-ci ildə Uppsala universitetinə qəbul olmuşdu. 11 fevral 1846-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. 1848-ci ildə "Ögey qardaşlar" adlı hekayə yazmışdır. 1849-cu ildə general rütbəsini almışdı. 7 fevral 1856-cı ildə Norveç canişinliyinə təyin olunmuşdur. left|thumb|1865-ci ildə Karl
Hakimiyyəti 1859-cu ildə taxta çıxmışdır. Danimarka ilə dostluq əlaqələrinə davam etmiş, ölkədə islahatlara cəhd etmişdir. Hakimiyyəti əsasən sönük keçmişdir. Qardaşı ilə əlaqələri yaxşı deyildi və qanunları dəyişib, taxta qızı Luiza Evgeniyanı gətirmək istəsə də parlament bunu təsdiqləməmişdi.Anne-Marie Riiber (1959). Drottning Sophia. Uppsala: J. A. Lindblads Förlag. sid 80 ISBN 11 noyabr 1868-ci ildə Yaponiya ilə "Dostluq, Ticarət və Naviqasiya müqaviləsi" imzalamışdır. Bununla İsveç və Norveç tacirləri Yaponiyada ticarətlə məşğul ola biləcəkdi.
Yaradıcılığı XV Karl şair və rəssam idi. 1863 və 1865-ci illərdə iki şeir kitabı yayımlanmışdı. Rəsm əsərləri İsveç Milli Muzeyində sərgilənir. Başqa rəssamların əsərlərini də kolleksiyada toplayırdı. 500-dən çox rəsm əsəri toplamışdır.
Ölümü 1871-ci ildə xəstələnmiş, həyat yoldaşının eyni ildə ölümündən sonra daha da kəskinləşmişdir. 1872-ci ildə Aaxen səfərindən qayıdarkən tuberkulyozdan Malmödə vəfat etmişdir.
Ailəsi 19 iyun 1850-ci ildə Luiza Oranj-Nassau ilə evlənmişdir.
Övladları AdValideyniDoğum günüÖlümQeydLuiza EvgeniyaLuiza Oranj Nassau31 Oktyabr 185121 Mart 19261869-cu ildə VIII Frederiklə evləndi; övladı olduKarl Oskar Vilhelm FrederikLuiza Oranj Nassau14 Dekabr 185213 Mart 1854uşaqkən öldüKarl İohann BolanderKarl-Erik Sahlberq in Nils Bolander diktare och predikant ISBN 91-86112-39-2 p. 11Anna Margareta Lindkvist Bolander4 Fevral 185428 İyul 1903Qeyri qanuni övladEllen Maria SvenssonAnna Stirell28 oktyabr 18651931Lagerqvist & Åberg in Small dictionary of the Swedish monarchs ISBN 91-87064-43-X's. 42Qeyri qanuni övlad
İstinadlar
Kateqoriya:İsveç kralları Kateqoriya:Norveç kralları Kateqoriya:Bernadotlar Kateqoriya:Uppsala Universitetinin məzunları Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Masonlar Kateqoriya:Stokholm şəxsləri