Gödəkdağ () — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir.
Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 9 km qərbdə, Başkeçid yaylasında yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 32
Tarixi "Gödəkdağ" toponiminin türk mənşəli Get tayfasının, oğuz soylu Gödəkli tayfasının, Xəzərlərin Gödəklər qolunun, qədim Katak tayfasının adıyla dağ sözünün birləşməsindən ibarət olduğu ehtimal edilir.
Əhalisi Kənddə 1886-cı ildə 16 ailədə 171 nəfər, 1926-cı ildə 26 ailədə 155 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 362 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 419 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი
Təhsil Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri