Kidar imperiyası - 300-cü illərdə yaradılmış və 500-cü illərədək hakimiyyət sürən Hun dövlətidir. Tarixi 330-cü ildə Şi Lenin Xan Çao dövlətini dağıtması ilə birlikdə hunlar qərbə köçərək Əfqanıstan torpaqlarına qədər gəldilər. Hunların Ki qəbiləsi tərəfindən Kidarlar Uar tayfası üzvləri idilər. Kidara hökmdarı Qrumbat haqda Roma tarixçisi Marselli Ammian "Grumbates Chionitarum rex novus " adı ilə bəhs edir. Bu "Hunların yeni hökmdarı Qrumbat" deməkdir.ENOKI, K., « On the Date of the Kidarites (I) », Memoirs of the Research Department of the Toyo Bunko, 27, 1969, p. 1–26. Kidaraların Hun dövləti olmasına başqa bir sübut da yunanların onlara "Ounnoi Kidaritai" (Kidar Hunları) adı verməsidir.R. Göbl, Dokumente zur Geschichte der Iranischen Hunnen in Baktrien und Indien, 4 vols., Wiesbaden, 1967. Qrumbat II Şapurun müasiri olmuş, onunla müharibələr aparmışdır. II Kidara isə Kuşan İmperiyasını darmadağın edərək öz torpaqlarına birləşdirmişdi. Tarixləri haqda çox məlumat qalmasa da hökmdarların adları numizmatik dəlillərlə mövcuddur. Kidarlar həm də Qırmızı Hunlar kimi də tanınır. 430-cu illərdə qərbdə yaşayan Ağ Hunlar üsyan edərək öz dövlətlərini qurmuş, Kidarları şimala qovmuşdular. Kidarların son hökmdarı olan Kandik Şimali Qafqaza qaçaraq 5 il Avar xaqanlığına başçılıq etdikdən sonra öldü. Hökmdarları I Kidara Kunqaz I Varhran Qrumbat II Kidara Brahmi Buddhatala II Varhran Qoboziko Salanavira Vinayaditya Kandik

İstinadlar

Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:300-cü illərdə yarananlar Kateqoriya:Asiya tarixi Kateqoriya:Tarixi Asiya xalqları Kateqoriya:Demoqrafiya Kateqoriya:320-ci illərdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:460-cı illərdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Atlı xalqlar