Aşina Mişe (titulu Bağatur yabqu 莫賀咄葉護Eduard Chavannes - Çin qaynaqlarına görə Qərb türkləri, 1903, səh 72.) — Tan sülaləsinin işğalından sonra qərb göytürklərinə təyin olunan xaqan. İmperator tərəfindən verilən titulu Hsinqhsivanq xan 興昔亡可汗 (Məhv olunmuşu yüksəldən xan) idi.
Ailəsi Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın və Aşina Buçjenin qardaşı idi.
Oğulları
Aşina Yuankin Aşina Babu - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır.Yeni Tan Kitabı (《新唐书》郭元振传 ) Aşina Poluo - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır.
Hakimiyyəti 657-ci ildə Sağ Mühafizlərin sərkərdəliyinə gətirildi. 660-cı ildə Koreyaya qarşı yürüşdə yer almışdı. 662-ci ildə Kuça şəhərinə yürüşdə məğlub olduğu üçün qardaşı Aşina Buçjenin istəyi üzərinə edam edildi. İmperator onun yerinə Aşina Yuankini təyin etdi.
İstinadlar
Kateqoriya:Göytürk şahzadələri Kateqoriya:Göytürk xaqanları