Məhəmməd Baqir Məclisi və ya qısaca Əllamə Məclisi (; tam adı: Məhəmməd Baqir ibn Məhəmməd Təqi ibn Məqsud Əli İsfahani, ) — Səfəvilər zamanında yaşamış Şiə əxbari alimi.
Atası, bir digər şiə din alimi Məhəmməd Təqi Məclisi Məclisi-Əvvəl (Birinci Məclisi), özü isə Məclisi-Sani (İkinci Məclisi) kimi də tanınırlar.
Həyatı Əllamə Məhəmməd Baqir Məclisi 1627-ci ildə o vaxt Azərbaycan Səfəvilər dövlətinin paytaxtı olmuş İsfahan şəhərində doğulmuşdur. Onun atası Məhəmməd Təqi Məclisi İsfahanın imam-camaatı olmuşdur. Zəmanəsinin 18 böyük aliminin yanında elm aldıqdan sonra, gənc Məhəmməd Baqir Hürr Amili tərəfindən ictihad dərəcəsinə layiq görülür. Bundan sonra o 144 cildlik "Biharul Ənvar" ("Nurlar dəryaları") kitabını yazmağa başlayır. Quran təfsiri, tarix, fiqh, kəlam və s. elmi sahələri əhatə edən bu kitab hədisşünaslığa dair ən irihəcmli əsər sayılır.
Məclisi həmçinin ölkənin siyasi həyatında fəal iştirak edirdi. O Şah Süleyman Səfəvi və onun xələfi Şah Sultan Hüseyn Səfəvinin yanında böyük nüfuza malik idi və 1687-ci ildə Şeyxülislam tituluna layiq görülmüşdür.
Əllamə Məclisi 1699-cu ildə müqəddəs Ramazan ayının 27-də (29 mart) vəfat etmişdir.
Əsərləri "Biharul-ənvar" "Heylatul müttəqin" "Əynul həyat" "Haqqul yəqin" "Cəlalul uyun" "Töhfətuz ziyər" "Həyatul kulub" "Miratul-uqul"
Tənqidi "Biharul Ənvar"a bir çox qeyri-səhih və hətta reallıqdan uzaq hədisləri daxil etdiyinə görə Məclisi daima tənqid mərkəzində olmuşdur və bu günə qədər olmaqdadır. Lakin onu nəzərə almaq lazımdır ki, onun əsas hədəfi hədislərin məhv olub aradan getməsinin qarşısını almaq olmuşdur ki, onlar sonrakı nəsillərə nəql oluna bilsin. Təbiidir ki, belə bir böyük və geniş həcmə malik olan işin zəif cəhətləri də ola bilər. Bu əsər də bəşər övladının işi olduğuna görə, insanların digər felləri və əməlləri kimi xəta və səhvdən amanda qala bilməzdi. Məclisinin özü də buna daima işarə edirdi.
İstinadlar
Xarici keçidlər Əllamə Məclisi (rusca) "Biharul-ənvar"ın xüsusiyyətləri, imtiyazları və tənqidləri nədən ibarətdir?
Kateqoriya:Müsəlman din adamları Kateqoriya:İsfahanda doğulanlar Kateqoriya:İsfahanda vəfat edənlər Kateqoriya:Səfəvi teoloqları Kateqoriya:İsfahanlı şiə din xadimləri Kateqoriya:Şiəlik Kateqoriya:İslamla əlaqəli mübahisələr Kateqoriya:İran şəxsləri