Alla Axundova () — ssenari müəllifi, şairə, dramaturq, tərcüməçi. Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1970), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1988). 1970-ci ildən "Yazıçılar Birliyi"nin və 1971-ci ildən "Rusiya Kinematoqrafçılar İttifaqı"nın üzvü. 1970-ci illərin məşhur rus tənqidçisi Stanislav Lesnovski onu SSRİ-də müasir qadın poeziyasının üç əsas "sütun"undan biri adlandırıb. Alla Axundova "Şərikli çörək" və "Alma almaya bənzər" filmlərinin ssenari müəllifidir.

Həyatı Alla Nuru qızı Axundova 27 oktyabr 1939-cu il oktyabr ayının 27-də Moskvada qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.

17 sentyabr 2026-cı ildə vəfat edib.

Fəaliyyəti 1957-ci ildən etibarən şeirlərini dövrün qəzet və jurnallarında nəşr etdirməyə başlayıb. A. Axundova "Ağ şəfəq", "Bazar günü bağçası", "Həvvanın sözü", "Təbiət mənzərələri", "Pillələr", "İstirahət bağı", "Üzün cizgiləri, beş povest" kimi şeir kitabları vardır. Qədim türk eposları ilə birlikdə ingilis, ərəb və gürcü dillərindən nümunələri rus dilinə peşəkarlıqla tərcümə etmiş, əsərləri bir çox dünya xalqlarının dillərində nəşr olunmuşdur. Həmçinin Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə, Kamal Abdulla, Fikrət Xoca, İsa İsmayılzadə və digər Azərbaycan ədiblərinin əsərlərini rus dilinə çevirib. A. Axundovanın şeirləri ingilis, rumın, fransız, azərbaycan, ərəb və yapon dillərinə tərcümə olunmuşdur.

"Sirr. Sirr. Sirr" pyesi, "Çöhrənin ifadəsi" nəsr əsəri onun qələminin məhsuludur.

Alla Axundova bir sıra qısametrajlı, eyni zamanda cizgi filmlərinin müəllifidir. "Şərikli çörək" onun ilk ekran işidir.

Mükafatları Azərbaycanın SSR əməkdar incəsənət xadimi (1988) Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970)

Əsərləri Весёлые кони: стихи для детей. — М.: Малыш, 1969. Белый свет: сборник стихов. — Bakı, 1970. Дровосек без топора. Присказка-небылица. — Moskva: Детская литература, 1970. Белое, красное, жёлтое яблоко: стихи для детей. — М.: Детская литература 1977. Девочка-припевочка. — М.: Детская литература. 1978; Московская панорама / Николай Рахманов — фотографии, Алла Ахундова — стихи, Роберт Рождественский — вступительный текст. — М.: Московский рабочий, 1979. Почему бывает?: стихи для детей. — М.: Детская литература. 1982. Воскресный сад: сборник стихов. — М.: Советский писатель, 1987. Ступеньки: сборник стихов для детей. — М.: Детская литература, 1989. Открытки с видами: сборник стихов. — М., 1999. Погремушка: стихи. — М.: Самовар 2004. — (Серия "Малышам"). Слово Евы. — М.: Московская городская организация Союза писателей России, 2004. Птица: сборник стихов. — М., 2005. Карнавал: сборник стихов. — М., 2009.

Tərcümələri "Nəvazişli nəğmələr. Azərbaycan xalq poeziyasından." — M.: Uşaq ədəbiyyatı, 1967. N. Bakozoda. "Gör necə də dəcəlsən!" / Tacik dilindən tərcümə edən Alla Axundova. — M.: Uşaq ədəbiyyatı, 1974. "Şən bahar. Azərbaycan folklorundan." — M.: Uşaq ədəbiyyatı, 1975. "Gül deyərəm, lalə deyərəm: Azərbaycan xalq mahnıları, bayatılar, saymacalar, təmsillər və tapmacalar." — Bakı: Gənclik, 1987. Qədim türklərin eposunu, ingilis, ərəb və gürcü şairlərinin şeirlərini tərcümə etmişdir. Türkdilli xalqların epos abidəsi "Kitabi-Dədə Qorqud" əsərini rus dilinə çevirmişdir. Hamlet İsaxanlı. "Kontrastlar" / Alla Axundovanın tərcüməsində şeirlər kitabı (Azərbaycan dilindən). — M.: İzograf, 2006.

Filmoqrafiya Biz oynadığımız dəniz sahilində (1967) Cırtdan (film, 1969) — ssenari müəllifi Şərikli çörək (film, 1969) — ssenari müəllifi Var olun, qızlar... (film, 1972) — ssenari müəllifi Şahzadə-qara qızıl (film, 1974) — ssenari müəllifi Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — ssenari müəllifi Avtomobil, skripka və xallı it (1975) Şir evdən getdi (film, 1977) Bizi bağışlayın (film, 1979) — ssenari müəllifi Uşaq və külək (film, 1982) — ssenari müəllifi Oralarda, keçilməmiş yollarda (1983) Təqib (film, 1984) — ssenari müəllifi Lyuboçka (film, 1984) Bahar əyləncələri (film, 1989)

İstinadlar

Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər Alla Axundova imdb.com

Üç "AX"dan biri: Şairə Alla Axundovanın 80 illiyinə

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycanın qadın yazıçıları