Zeynəddin Nurəddin oğlu Xasmətov () — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Həyatı Zeynəddin Xasmətov 1959-cu il iyulun 8-də Qusar rayonunun Xürəl qəsəbəsində anadan olub. Rusiya Avtomobil-Yol İnstitutunda avtomobil nəqliyyatının iqtisadiyyatı üzrə ali təhsil alıb. Rus dilini bilir.

Zeynəddin Xasmətovun 2 övladı var.

Siyasi fəaliyyəti 1995-ci il noyabrın 26-da baş tutan parlament təkrar seçkilərində 65 nömrəli Qusar dairəsindən bitərəf namizəd olan Zeynəddin Xasmətov, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Zeynəddin Xasmətov, Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.

Zeynəddin Xasmətov əvvəl bitərəf siyasətçi olmuşdur, bir müddət isə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur. Sonralar Azərbaycan Demokratik Sahibkarlar Partiyasından istefa verən Zeynəddin Xasmətov hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür.https://sesqazeti.az/news/social/574715.html

İstinadlar

Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları