— qırtlağın xarici qrup əzələsi. Bu əzələ üzüyəbənzər qığırdaq qövsünün xarici səthindən başlayaraq lifləri yelpinc kimi yuxarı və arxaya doğru yayılır və qalxanabənzər qığırdağın aşağı kənarına, üzük-qalxanabənzər oynaq () kapsuluna və aşağı buynyza bağlanır. Öz liflərinin gedişinə görə iki hissəyə bölünür: düz hissə () şaquli istiqamətdə düz yuxarı qalxır və çəp hissə () yan və arxaya doğru gedir. Vəzifəsi qalxanabənzər qığırdağı üzüyəbənzər qığırdağa yaxınlaşdıraraq çalovabənzər qığırdaqların arasındakı məsafəni və qalxanabənzər qığırdaq bucağını böyüdür və səs bağlarını gərginləşdirir.

Həmçinin bax

Kateqoriya:Qırtlaq əzələləri Kateqoriya:Baş və boyun əzələləri