"Gizli həvəs" () — Avstraliya və Fransa dram janrında film. Rejissor Enn Fontendir. Film, britaniyalı yazıçı Doris Lessinqin "Nənələr" adlı novellasının ekranizasiyasıdır.

Məzmun Yeni Cənubi Uels, Roz, onun əri Harold və oğlu Tom dəniz sahilində yaşayırlar. Dul olan Lil, oğlu İen ilə yaxınlıqda yaşayır. Roz və Lili ən yaxın dostlardır, buna görə də Tom ilə İen yaxın dostluq edirlər. Harold arvadından gizli olaraq ona Sidneydə təklif olunan işdə işləməyə razılıq verir. Amma sonra o ona bu iş barədə danışır və onun razılığını gözləyir, amma Roz tərəddüd içərisindədir. İen və Roz cinsi əlaqəyə başlayırlar. Tom bu əlaqələr haqda öyrənir və intiqam məqsədi ilə Lili cinsi əlaqəyə sövq edir. İndi Rozun Sidneyə köçməməyə daha bir səbəbi var, bir az sonra isə Roz və Harold boşanma gərarını verirlər.

Tom öz yaşında bir qadınla evlənir. Tomun Lili ilə əlaqəsi burada sona yetir. Roz da İenin təəssüfünə baxmayaraq, rəfiqəsilə həmrəylik üçün onun oğlu ilə cinsi əlaqələrini bitirməyə qərar verir. İen də dostu Tom kimi öz yaşında bir qızla əlaqə yaratmağa çalışır, ancaq onunla xoşbəxt ola bilmir. O, onunla ayrılmağı planlaşdırır, lakin onun hamilə olduğunu öyrənir. Sonradan o öyrənir ki, Tom və Lili öz cinsi əlaqələrini yenidən bərpa ediblər. O elə əsəbləşir ki, hər iki qadına onların bir-birinin oğlu ilə cinsi əlaqələri haqqında danışır. Qadınlar şok içərisindədirlər, onlar ərləri ilə boşanırlar və oğulları ilə qalırlar.

Film ümumilikdə cəmiyyət tərəfindən qınaq qorxusu ilə yaşayan qadınlar haqqında danışır. Qadınlar öz əlaqələrini gizli saxlayırlar, sonralar isə bu barədə cəmiyyət xəbər tutur. Bu xəbər nəinki qadınların həyatını korlaya bilər, bu həmçinin onların oğullarını çətin dilemma qarşısında qoyur: ya onlar artıq cəmiyyət tərəfindən qəbul olunan həyat tərzi ilə yaşamalıdırlar, ya da özlərinin istədiyi, arzusunda olduqları həyatı davam etməlidirlər.

Rollarda Naomi Uotts — Lil Robin Rayt — Roz Ben Mendelson — Harold Xavyer Semuel — Ian Ceyms Freşevil — Tom Cessika Tovi — Mari Sofi Lou — Hanna Qari Svit — Saul

Mövqe "Rotten Tomatoes"un məlumatına əsasən, film tənqidçilərinin 83%-i filmə müsbət rəy vermişdilər.

Xarici keçidlər

Two Mothers -Naomi Watts as Lil- Two Mothers -Robin Wright as Roz-

İstinadlar

Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Avstraliya filmləri Kateqoriya:2013-cü ilin Fransa filmləri Kateqoriya:Müstəqil Fransa filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Dostluq haqqında filmlər Kateqoriya:Fransanın melodram filmləri Kateqoriya:Aldatma haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:2013-cü ilin müstəqil filmləri Kateqoriya:2010-cu illərin qadın dostluğundan bəhs edən filmləri