20 Sentyabr stansiyası — Bakı metrosunun Bənövşəyi xəttinin hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyası. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir.

Tarixi 7 dekabr 2012-ci ildə Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı B-04 olan stansiyanın inşasına başlanılıb. Bakı Metropoliteni QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib ki, stansiyanın yeri müəyyən edilib: "Yeni stansiya metronun "Nizami" stansiyasına yaxın ərazidə inşa ediləcək. Stansiya "Beşmərtəbə" deyilən ərazinin arxasında, 1 saylı Doğum evinin yanında inşa ediləcək".

Stansiyanın tikintisinin fəal fazasına 2021-ci ilin yay aylarında başlanılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov 2023-cü ilin fevralında deyib: "Metrostansiya özü 4 səviyyədən ibarət olacaq. Artıq 3 səviyyədə qazıntı işləri başa çatıb. 4-cü səviyyənin isə yarısı qazılıb. Yəni 144 metrlik platforma, ümumən isə 170 metr uzunluğunda kompleksdir. Onun təxminən 70–80 metri qazılıb. İşlər də planlı şəkildə davam edir. 4-cü səviyyə qrunt suların bol olması tikintinin normal qaydalara uyğun işinin fərqlənməsinə səbəb oldu. Bəzən deyirlər ki, "1-ci səviyyəni tez tikdiniz, digər səviyyələrdə isə işlər ağır getdi". İş ağır getmir. Bu sadəcə olaraq işin planlaşdırılmış qaydasıdır. Bir sözlə, işlər qaydasında gedir. Aparılan qazıntı işləri bu ilin sonuna qədər tam başa çatacaq. Gələn il ərzində infrastruktur və təchizat məsələləri ilə bağlı işlər həll olunacaq. Qeyri-adi nəsə baş verməsə, 2024-cü ilin sonlarında stansiyanı təhvil vermək mümkün ola bilər"

Stansiyanın 2026-cı ilin sonunda təhvil verilməsi planlaşdırılıb.

Adlandırılması Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 4 sentyabr 2026-cı il, № 262 nömrəli əmri ilə stansiyasının "20 Sentyabr" adlandırılması qərarlaşdırılıb:

2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20 Sentyabr" adlandırılsın.

Həmçinin bax 8 Noyabr metrostansiyası Nizami 2 metrostansiyası

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakı metropoliteninin stansiyaları Kateqoriya:Bakının layihələndirilən və tikintisi davam edən metrostansiyaları Kateqoriya:Tikinti mərhələsində olan bina və qurğular