Robber Şuman (; ) — Fransanın xarici işlər naziri (1948-1952)

Həyatı R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və Birinci Dünya müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi.

R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb.

1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.

1948-1952-ci illərdə xarici işlər naziri, 1955-1956-cı illərdə ədliyyə naziri olub.

1958-60 illərdə Avropa Birliyinin məsləhət assambleyasının sədri olub.

R.Şuman 1963-cü il sentyabrın 4-də Mets şəhərində vəfat edib.

Hazırda Avropa İttifaqında yaşayan insanlar R.Şumanı 1950-ci ildə irəli sürdüyü plana görə minnətdarlıq hissi ilə yad edirlər.

İstinadlar

Kateqoriya:Fransa baş nazirləri Kateqoriya:Avropa İttifaqı tarixi Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Strasburq Universitetinin müəllimləri Kateqoriya:Fransa ədliyyə nazirləri Kateqoriya:Fransız antikommunistlər Kateqoriya:Fransa Milli Məclisinin deputatları Kateqoriya:Fransanın maliyyə nazirləri