Ginzburq Rahilə Solomonovna () – Aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1964)
Həyatı Rahilə Ginzburq 1 iyun 1920-ci ildə Bakı şəhərində neftçi Süleyman Ginzburqun ailəsində anadan olmuşdur. 1937-ci ildə Bakı Teatr Kollecinin aktyorluq fakültəsinə daxil olan aktrisa 1941-ci ildə buradan məzun olur. 1938-ci ildə, hələ 18 yaşında olarkən Rahilə xanım Gənc Tamaşaçılar Teatrının gənc rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Məhərrəm Aşumovla tanış olur. Həmin il Aşumov Rahilə Ginzburqun ailəsinə elçi göndərir. Bu zaman Rahilə xanım ailəsi ilə birlikdə indiki Dilarə Əliyeva küçəsindəki mütəxəssislər binasının 5-ci mərtəbəsində yaşayırdı. Cütlüyün bu evlilikdən Tamilla adlı qızları dünyaya gəlmişdir. Tamilla Aşumova 70-80-ci illərdə Azərbaycan Televiziyasının məşhur jurnalistlərindən biri olmuşdur.
Fəaliyyəti Rahilə Ginzburq səhnə fəaliyyətinə 1941-ci ildən başlamış, 1943-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.
Əsas rolları Maskarad", M.Lermontov) — Nina İstedadlar və pərəstişkarlar", A.Ostrovski) — Negina Üç bacı", A.Çexov) — İrina Meşşanlar (M.Qorki) — Polya Günəşin övladları (M.Qorki) — Liza İrkutsk əhvalatı (A.Arbuzov) — Valya Köhnə dəbli komediya (A.Arbuzov) — Lidiya Ağıldan bəla (A.Qriboyedov) — Sofiya Mariya Stüart (F.Şiller) — Mariya Stüart Milyonçu xanım (C.B.Şou) — Epifaniya Piqmalion (C.B.Şou) — Eliza Şıltaq qızın yumşalması (U.Şekspir) — Katarina Fərhad və Şirin (S.Vurğun) — Şirin Səadət düşmənləri (S.Vurğun) — Gülnar Aydın (C.Cabbarlı) — Gültəkin Mənim məhəbbətim Elektra (L.Dürko) — Klitemnestra Alçaldılmış və təhqir olunmuşlar (F.Dostoyevski) — Nelli Lanqust gülüşü (C.Marrel) — Sara Bernar
Filmoqrafiya Körpə (film, 1962) Kənar adamlar (film, 1992)
İstinadlar
Kateqoriya:Aktrisalar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri