Andriya () — İtaliyanın cənubunda şəhər. Apuliya vilayətinin Bari əyalətindədir. Mənbələrdə adı ilk dəfə 915-ci ildə çəkilmişdir. 1041-ci ildə Andriya normanlar tərəfindən işğal edildikdən sonra "Andre" adlı qala-şəhərə çevrilmiş, 13-cü əsrdə Müqəddəs Roma imperiyasının imperatoru Fridrix II Ştaufenin iqamətgahı olmuşdur. Şəhərdə 10–17-ci əsrlərə aid çox sayda memarlıq abidələri qorunub saxlanılmışdır. Şəhər 1799-ci ildə Fransa ordusunun dağıdıcı hücumlarına məruz qalmışdır. Yüngül və yeyinti sənayesi müəssisələri var.

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı Andria web portalı Andrianın xəritəsi (Google Maps)

Kateqoriya:İtaliya şəhərləri