Sahib İsmayılov () — Azərbaycan cüdoçusu və cüdo məşqçisi.
Həyatı 1973-cü ildə Azərbaycanın Siyəzən rayonunda anadan olmuşdur. Bir çox beynəlxalq və respublika miqyaslı cüdo turnirlərində Azərbaycanı təmsil etmiş və yüksək nailiyyətlər qazanmışdır. Sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun yetirmələrindən Cəlil Cəlilov, Elvin Ramazanov, Əfsanə Hüseynova, Sakit Qasımov və s. bir yarışların və beynəlxalq turnirlərin qalibi olmuşlar. Hal-hazırda Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İdman Məktəbində fəaliyyət göstərir.
Sahib İsmayılov 2013-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Cüdo Federasiyasının ilk beynəlxalq idman ustasıdır.
İstinadlar
Xarici keçidlər Sumqayıt şəhərində İdman günü UGİM müəllimləri təltif olundular Azərbaycan Cüdo Federasiyası
Kateqoriya:Azərbaycan Respublikasının əməkdar məşqçiləri