Əhmədbəyli bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsidir.

22.04.2000-ci il tarixli 02 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, 19.02.2020-ci il tarixli 04 №-li Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq olunmuş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnamə"yə əsaəsn "Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurası" Horadiz şəhərində yaradılmış və Füzuli rayonunda fəaliyyət göstərən bütün bələdiyyələr həmin Şuraya üzv olmuş, Horadiz bələdiyyəsinin sədri eyni zamanda Şura sədri seçilmişdir.

2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilir.

19.02.2020-ci il tarixli 04 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul olunub və onun 28.04.2025-ci tarixli 06 №-li Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18.3. Aşağı Kürdmahmudlu, Əhmədbəyli və Yuxarı Kürdmahmudlu bələdiyyələrinin əhatə etdiyi Aşağı Kürdmahmudlu, Əhmədbəyli, İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar və Yuxarı Kürdmahmudlu kəndlərində Əhmədbəyli bələdiyyəsi" yenidən təşkil edilib.

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub. Onlardan da biri bu Bələdiyyədir.

28.04.2025-ci tarixli 06 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə onun üçüncü Nizamnaməsi qəbul edilib.

07.04.2026-cı il tarixli 11 №-li Protokolun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin metodoloji yardımı ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub .

Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin məkəzi Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşir.

Bəldiyyənin ünvanı: Əhmədbəyli kəndi, Əmlak Məsələləri Dövlət Xidmətinin binası, Füzuli Rayon İcra hakimiyyətinin Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi ilə eyni binada yerləşir.

Həmin Nizamnaməyə əsasən Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün vergi koduBələdiyyənin statistik koduƏrazisi (km²)İnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Əhmədbəyli bələdiyyəsi7500101911751260606007115Əhmədbəyli kəndi iəd60606005Əhmədbəyli kəndi60606018İkinci Mahmudlu kəndi60606038Qarabağ kəndi60606078Murtuzalılar kəndi60606088Kürdmahmudlu kənd iəd60620005Aşağı Kürdmahmudlu kəndi60620018Yuxarı Kürdmahmudlu kəndi60620028

Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.

Bələdiyyənin rəsmi əlaqə məlumatları aşağıdakılardır:

e-poçt ünvanı: [email protected]

Bələdiyyənin məlumatına görə 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1370 ev təsərrüfatı fəaliyyət göstərməklə, 6305 nəfər yaşayır.

İstinadlar

Kateqoriya:Füzuli rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr