Azərbaycan Cüdo Federasiyası (AJF) — Azərbaycanda cüdo idmanını idarə edən və inkişaf etdirən ictimai təşkilat. 1972-ci ildə yaradılıb. 2021-ci ilin noyabrından federasiyanın prezidenti Rəşad Nəbiyevdir.
Azərbaycan cüdoçuları Olimpiya Oyunlarında 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar; cüdo güləşdən sonra ölkəyə ən çox olimpiya qızıl medalı qazandıran idman növüdür.
Tarixi Sovet dövrü 1972-ci ilin mayında SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun ölkə ərazisində yayılması haqqında qərar qəbul edib. Həmin il Azərbaycanda Respublika Cüdo Federasiyası yaradılıb, ilk yarışlar isə 1972-ci il noyabrın 2-də keçirilib: "Burevestnik" cəmiyyətinin gənclər birinciliyində 70 idmançı iştirak edib. Federasiyanın ilk rəhbəri Arif Ələkbərov olub; 1980-ci ildən sonra təşkilata 16 il ərzində Rəhim İsmayılov rəhbərlik edib.
Azərbaycan cüdoçuları arasında ilk idman ustası Sahib İsmayılov, ilk beynəlxalq dərəcəli idman ustası Qüdrət Pəncəliyev, qadınlar arasında isə ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası Gülşən Şirinova olub.
Müstəqillik dövrü 1996-cı ildə Füzuli Ələkbərov federasiyanın prezidenti seçilib. 2015–2021-ci illərdə federasiyaya Rövnəq Abdullayev rəhbərlik edib. 2015–2021-ci illərdə federasiyanın baş katibi Elmar Babanlı olub; 2021-ci ildə onu bu vəzifədə Rəşad Rəsullu əvəzləyib.
2021-ci il noyabrın 1-də keçirilən növbədənkənar hesabat-seçki konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev federasiyanın prezidenti seçilib.
Rəhbərlik + İcraiyyə Komitəsi Vəzifə Ad Prezident Rəşad Nəbiyev Vitse-prezident Rövşən Rüstəmov Vitse-prezident Elnur Məmmədli İcraçı vitse-prezident Rəşad Rəsullu Üzvlər Mövlud Mirəliyev Asif Əsgərov Nazim Hüseynov Azər Əsgərov Elxan Məmmədov
+ Federasiyanın prezidentləri Dövr Prezident 1972–1980 Arif Ələkbərov 1980–1996 Rəhim İsmayılov 1996–2015 Füzuli Ələkbərov 2015–2021 Rövnəq Abdullayev 2021 – hazırkı dövr Rəşad Nəbiyev
Beynəlxalq uğurlar Olimpiya Oyunları 1992-ci il Barselona Olimpiya Oyunlarında Birləşmiş komandanın tərkibində çıxış edən azərbaycanlı cüdoçu Nazim Hüseynov qızıl medal qazanıb. Müstəqil Azərbaycan cüdoçuları ilk olimpiya medallarını 2008-ci il Pekin Oyunlarında qazanıblar.
+ Azərbaycan cüdoçularının olimpiya medalları Oyunlar İdmançı Çəki dərəcəsi Medal Pekin 2008 Elnur Məmmədli 73 kq Pekin 2008 Mövlud Mirəliyev 100 kq Rio-de-Janeyro 2016 Rüstəm Orucov 73 kq Rio-de-Janeyro 2016 Elmar Qasımov 100 kq Tokio 2020 İrina Kindzerskaya +78 kq Paris 2024 Hidayət Heydərov 73 kq Paris 2024 Zəlim Kotsoyev 100 kq
Dünya çempionatları Müstəqil Azərbaycanın cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədov olub; o, 2013-cü ildə Braziliyada keçirilən dünya çempionatında qalib gəlib. 2024-cü il mayın 20-də Abu-Dabidə keçirilən dünya çempionatında 73 kq çəki dərəcəsində Hidayət Heydərov qızıl medal qazanaraq bu uğuru 11 ildən sonra təkrarlayıb.
Keçirdiyi beynəlxalq yarışlar thumb|2018-ci il Bakı dünya çempionatının açılış mərasimi thumb|upright|Zəlim Kotsoyev 2023-cü il Bakı Qran-Slam turnirində 2018-ci il sentyabrın 20–26-da Bakıda Beynəlxalq Cüdo Federasiyasının (IJF) dünya çempionatı keçirilib. Çempionatda 124 ölkədən 755 idmançı (458 kişi və 297 qadın) iştirak edib.
Həmçinin bax Azərbaycanda cüdo
İstinadlar
Cüdo Kateqoriya:Azərbaycanda cüdo Kateqoriya:Azərbaycan Cüdo Federasiyası