Süleyman Dəmirəl Universiteti () ya da qısaca SDÜ — Türkiyənin müxtəlif şəhərlərində 22 yeni universitetin quruluşunu təşkil edən 3837 saylı qanunun 11 İyul 1992-ci ildə qüvvəyə minməsi ilə birlikdə Isparta şəhərində Süleyman Demirel Universiteti qurulmuşdur. Bu yeni universitetə İsparta şəhərində doğulmuş, Türkiyənin 9-cu prezidenti olmuş Süleyman Dəmirəlin adı verilmişdir.
Tarix Süleyman Dəmirəl Universitetinin və Türkiyənin ən inkişaf etmiş fakültələrindən olan Mühəndislik və Memarlıq Fakültəsi 1418 saylı qanuna uyğun olaraq 21 Fevral 1976 tarixində "İsparta Dövlət Mühəndislik və Memarlıq Akademiyası"adı altında qurulmuşdur. Akademiya bir müddət sonra 2547 saylı Qanuna əlavə olaraq çıxarılan 41 saylı Qanun əsasən 1982-ci ildə Antalyanın Akdeniz Universitetinin tərkibinə alınaraq "Isparta Mühəndislik Fakültəsi" adını almışdır. 11.7.1992 tarixində 3837 saylı Qanuna əsasən Süleyman Demirel Universitetinin qurulması ilə Mühəndislik-Memarlıq Fakültəsi adı altında SDÜ'nin tərkibinə girmişdir.
Fakültələr və kafedralar Süleyman Dəmirəl Universitetində 18 fakültə, 6 araşdırma intistututu, 35 kafedra mövcuddur.
Həmçinin bax Türkiyə universitetlərinin siyahısı
İstinadlar
Xarici keçidlər Süleyman Demirel Universiteti SDÜ TEKNOKENT
Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:1992-ci ildə yarananlar Kateqoriya:İsparta