Eda Ərdəm (; ) — türk qadın voleybolçu. Ampluası blokçudur. 190 sm boya malik voleybolçunun zərbə yüksəkliyi 308 sm, blok yüksəkliyi isə 302 sm-dir. Fənərbaxçanın əsas oyunçularından biri və kapitanı olan Eda 1987-ci il təvəllüdlüdür. Onun bu klubla 2017-ci ilə qədər müqaviləsi var. Həmin sözləşməni 2014-cü ilin yayında imzalamışdır. İstanbulda anadan voleybolçunun karyerası da bu şəhərdə keçir.
Karyerası Həvəskar karyerasına 2000-ci ildə Beşiktaş ilə başlayan voleybolçunun peşəkar idmançı olması dörd il sonra 17 yaşında yenə bu kluba təsadüf edir. Beşiktaşda qeyri-peşəkar səviyyədə oynadığı dörd il onu İstanbul klubunda qalmağa vadar etdi. Bundan sonra dörd il daha ağ-qaraların formasını tərlədən ulduz voleybolçunun 2008-ci ildə komandadan getməsi heç də supriz olmadı. Həmin ildə o, digər bir İstanbul nəhəngi Fənərbaxça ilə müqavilə imzalamışdı.
Uğurları Klublar ilə 19px Türkiyə çempionatı: 3 2008-09, 2009-10, 2010-11
22px Türkiyə kuboku: 1 2009-10
Türkiyə superkuboku 2009, 2010
19px Klublararası dünya çempionatı: 1 2010
16px Çempionlar Liqası: 1 2011-12
16px CEV kuboku: 2 2013-14
Milli komanda ilə 2011 Avropa çempionatı - Fayl:Med 3.png Bürünc medal 2012 Dünya Qran Prisi - Fayl:Med 3.png Bürünc medal 2009 Avropa Liqası - Fayl:Med 2.png Gümüş medal 2010 Avropa Liqası - Fayl:Med 3.png Bürünc medal 2011 Avropa Liqası - Fayl:Med 2.png Gümüş medal
Şəxsi mükafatları 2009 Türkiyə superkuboku - "ƏDO" 2010 Avropa Liqası - "Ən Yaxşı Blokçu" 2010 Klublararası dünya çempionatı - "Ən Yaxşı Servisçi" 2011 Türkiyə çempionatı - "Ən Yaxşı Hücumçu" 2011 Avropa Liqası - "Ən Yaxşı Servisçi" 2014 Türkiyə çempionatı - "Ən Yaxşı Blokçu"
İstinadlar
Kateqoriya:Türkiyənin qadın voleybolçuları Kateqoriya:Beşiktaş QVK voleyvolçuları Kateqoriya:Fənərbaxça QVK voleybolçuları Kateqoriya:XXI əsr Türkiyə qadınları