Valeriya Novodvorskaya - rusiyalı liberal aktivist, dissident və qərb dəyərlərinin aktiv təbliğatçısı.
Həyatı 17 may 1950-ci ildə Belarusun Baranoviçi şəhərində anadan olub. 1969-cu ildə antisovet təbliğatına görə həbs edilib. 1970-72-ci illərdə dəlixanaya salınıb. 1977 - 1978-ci illərdə gizli antikommunist təşkilatı yaratmağa çalışıb.
O, 1978, 1985, 1986-ci illərdə dissident fəaliyyətinə görə mühakimə olunub. 1987-ci ildən 1991-ci ilə kimi 17 dəfə tutulub.
Uzun müddət bir neçə xroniki xəstəlikdən əziyyət çəkən Valeriya Novodvorskaya 2014-cü il iyulun 12-də infeksion-toksiki şokdan vəfat edib.
Kateqoriya:Belarusda doğulanlar Kateqoriya:17 mayda doğulanlar Kateqoriya:1950-ci ildə doğulanlar Kateqoriya:2014-cü ildə vəfat edənlər Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:Rusiyanın qadın yazıçıları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Rusiya liberalları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Vladimir Putinə müxalifət
Kateqoriya:Rusiya yəhudiləri Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:XXI əsr Rusiya siyasətçiləri