Həkim Qəni (, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü.

Həyatı Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olubHəkim Qəni — Muğam Ensiklopediyası Yoxlanılıb: 01.08.2014.

Ali təhsilini Tibb İnstitutunda almışdır (1936–1941). İkinci Dünya müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941–1945).

1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub.

Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur.

1990-cı ildən (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində "Vahid" ədəbi şairlər məclisinə sədrlik etmişdir.

Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

Ailəsi Həkim Qəninin 4 övladı olmuşdur. 1983-cü ildə həyat yoldaşı Mehparə Yaqub qızı Axundova vəfat edib.

Yaradıcılığı Gənc yaşlarından poeziya ilə maraqlanmış, ilk şerlərini 30-cu illərdə yazmışdır. Yüzlərlə qəzəlin, həmçinin heca vəznində olan şeirlərin (qoşmalar, bayatılar və s.), bir neçə dram əsərinin, poemanın, aforizmlərin və s. müəllifidir. Məhəmməd Füzulinin 120 qəzəlinə təxmis yazmış, 100-dən çox qəzəlini rus dilinə tərcümə etmişdir. 12-dən çox kitabı nəşr olunub.

M. Füzuli, S. Ə. Şirvani, Ə. Cavad, M. Ə. Sabir, H. Cavid, M. Şəhriyar, Ə. Vahid yaradıcılığının, Şərq ədəbiyyatının, o cümlədən, əruzvəznli Azərbaycan poeziyasının kamil bilicisi olmuşdur.

Kitabları Qənimətdir keçən hər gün. Təxmislər, qəzəllər, qoşmalar, bayatılar. Bakı, "İşıq", 1992. 168 səh. Füzuliyə təxmislər. Bakı "Boz oğuz", 1997. 156 səh. Söz-sənət məbədgahı. "Vahid" Ədəbi məclisi [almanax]. Bakı, "Təfəkkür", 2000. 284 səh. Füzuliyə təxmislər. Bakı, "Şirvannəşr", 2004. 200 səh. Qəzəllər. Bakı, "Şirvannəşr", 2005. 432 səh. Bayatılar, Atmacalar, Qoşmalar. Bakı, "Adiloğlu", 2008. 544 s

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər Həkim Qəni — anl.az

Ədəbiyyat Elçin Qaliboğlu, Əliağa Vahid poeziyası (Şair-qəzəlxanın vəfatından 44 il ötür), Xalq Cəbhəsi. — 2009.- 29 oktyabr.- Səh.14.

Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Qəzəlxanlar Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Meyxanaçılar Kateqoriya:Hərbi həkimlər