Məhəmməd Hüseynov və ya Hacı Mir Məhəmməd Hüseynov (tam adı:Məhəmməd Səməd oğlu Hüseynov; ) — Əməkdar inşaatçı, Sov.İKP-nin üzvü (1954), Sosialist Əməyi Qəhrəmanı (1980).

Həyatı Məhəmməd Hüseynov 10 may 1927-ci ildə Masallı rayonu Xırmandalı kəndində andan olmuşdur. O, 1954-cü ilden Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə kolxozda başlamışdır. 1949-cu ilden Baki Baş Tikinti İdarəsində işləmişdir. Onun briqadası kommunist əməyi kollektivi adlanırdı. SOV. İKP 25 və 26-cı qurultaylarının nümayəndəçisi olmuşdur.

Fəaliyyəti AzTV-nin inzibati binası, "Bakı" mehmanxanası, A. Şərifzadə adına "Aktyorlar evi", "Yaşıl teatr", Parlament binası, C. Cabbarlı adına Azərbaycan Kinostudiyası, geoloqlar üçün doqquzmərtəbəli yaşayış evi ("Azadlıq" pr. 4), Respublika Eksperimental Tibb Mərkəzi, Lökbatan, Sahil, Korgöz qəsəbələrində orta məktəb binaları, Gəmi təmiri zavodu onun müəllifliyi ilə inşa olunmuşdur. 1959–60-cı illərdə yaşıl teatrn tikintisi işlərini həyata keçirib.

Mükafatları Sosialist Əməyi Qəhrəmanı (1980) İki dəfə "Lenin" ordeni Qırmızı Əmək Bayrağı ordeni.

İstinadlar

Ədəbiyyat Nurəddin Ədiloğlu, "Bizim ağamız" sənədli povest və xatirələr. Sosialist Əməyi Qəhrəmanı Seyid Məhəmməd Hüseynov haqqında (Bakı-2003, Adiloğlu nəşr.300 tiraj) Səyavuş Sərxanlı, "Yaxşılıq poeması", "Ulduz" jurnalı, 1976-cı il 6 sayı.

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycan SSR Dövlət mükafatı laureatları Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri