Yeni Zelandiya kakası— Yeni Zelandiyanın təbii meşələrində yayılmış taksonomik ranq olan Yeni Zelandiya tutuquşularının böyük növlərindən biri olan tutuquşu növüdür. İki yarımnövü məlumdur.
Sistematikası və adlandırılması Yeni Zelandiya kakası 1788-ci ildə alman naturalisti İohann Fridrix Gmelin tərəfindən təsvir edilmişdir. Şiamal Adası kakası və Cənub Adası kakası kimi tanınan iki yarımnövü mövcuddur. Kākā adı Maori dilində “tutuquşu” mənasını verir.
Nestor cinsinə dörd növ daxildir: Yeni Zelandiya kakası (), Kea (), nəsli kəsilmiş Norfolk kakası () və nəsli kəsilmiş Çatem kakası (). Bu dörd növün hamısının beş milyon il əvvəl Yeni Zelandiyanın meşələrində məskən salmış "proto-kākā"dan törədiyi fərz edilir. Onların ən yaxın qohumu Kakapodur.Juniper, T., Parr, M. (1998) Parrots: A guide to parrots of the world. New Haven, CT: Yale University Press (ISBN 0-300-07453-0)
Yayılma arealları Yeni Zelandiya kakası ovalıqlarda və orta yüksəkliyə malik ərazilərdə yaşayır. Onun hal-hazırda yaşadığı yerlər Kapiti adası, Kodfiş adası, Litl-Barrier adasıdır. Kaka Yeni Zelandiyanın kontinent ada sığınacaqlarında (Karori vəhşi təbiət qoruğu) sürətlə çoxalır.
İstinadlar
Kateqoriya:Tutuquşukimilər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər
Kateqoriya:Yeni Zelandiya quşları Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Həssas növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Yeni Zelandiya endemikləri