Əli və Nino () — Qurban Səidin ilk dəfə 1937-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında romantik dram janrında, Kristofer HemptonunChristopher Hampton to adapt ‘Ali and Nino’ Christopher Hampton to adapt ‘Ali and Nino’ , Diana Lodderhose, Variety, 9 yanvar 2012, İstifadə: 02.02.2015 ssenari müəllifliyi, Asif KapadianınU.K. Director Asif Kapadia to Helm 'Ali and Nino' From PeaPie Films , Patrick Brzeski, The Hollywood Reporter, 5/19/2013, İstifadə: 02.02.2015 rejissorluğu ilə çəkilən bədii filmdir. Əsas çəkilişləri Azərbaycan və Türkiyədə aparılanMaria Valverde Joins ‘Ali & Nino'; Principal Photography To Begin In February , Ali Jaafar, deadline.com, January 8, 2015, İstifadə:02.02.2015 filmdə baş rolları Mariya ValverdeMaria Valverde to star in 'Ali & Nino' , http://news.yahoo.com , January 9, 2015, İstifadə: 02.02.2015 və Adam Bakri История любви Али и Нино вскоре появится на больших экранах , Елена Остапенко, 1news.az, 27.08.2014, İstifadə:02.02.2015 canlandırmışdır.
Məzmunu
Müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.
Hadisələr haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır. Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır.
Rollarda Adəm Bəkri — Əli xan Şirvanşir Mariya Valverde — Nino Kipiani Riccardo Scamarcio — Məlik Naxararyan Mendi Patinkin — Knyaz Kipiani Konni Nilsen — Knyaginya Kipiani Humayun İrşadi — Səfər xan Şirvanşir Xalid Ərgənc — Fətəli xan Xoyski Fəxrəddin Manafov — Hacı Zeynalabdin Tağıyev Nigar Güləhmədova — Sona Tağıyeva Pərviz Qurbanov — Musa Nağıyev Numan Acar — Seyid Mustafa Ekin Koç — Mehmet Əsəd Bouab — İlyas Dəniz Tacəddin — Ninonun rəfiqəsi Xumar Səlimova — Ninonun rəfiqəsi Cəmilə Tağızadə — Ninonun rəfiqəsi Mehriban Zəki — Sultan xanım Pərviz Məmmədrzayev — Qoçu Tural Əhməd — İlyasın əsgəri Cövdət Şükürov — Rus zabiti Bəhruz Vaqifoğlu
Filmi səsləndirənlər: Nurəddin Mehdixanlı — Fətəli xan Xoyski (Xalid Ərgənc) (titrlərdə yoxdur) Ofeliya Novruzqızı — Nino Kipiani (Mariya Valverde) (titrlərdə yoxdur) Vüsal Xalıqoğlu — Əli xan Şirvanşir (Adəm Bəkri) (titrlərdə yoxdur) Emin Nəsirli — Məlik Naxararyan (Riccardo Scamarcio) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Knyaz Kipiani (Mendi Patinkin) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Knyaginya Kipiani (Konni Nilsen) (titrlərdə yoxdur) Kazım Abdullayev — Səfər xan Şirvanşir (Humayun İrşadi) (titrlərdə yoxdur) Elşən Rüstəmov — Qoçu (Pərviz Məmmədrzayev) (titrlərdə yoxdur) Əliqulu Səmədov — Seyid Mustafa (Numan Acar) (titrlərdə yoxdur) Səyyar Rüstəmov — Mehmet (Ekin Koç) (titrlərdə yoxdur) Cəlal Məmmədov — İlyas (Əsəd Bouab) (titrlərdə yoxdur)
İstehsal
İnkişaf
1998-ci ildə Amsterdamın "Egmond" Film və Televiziya şirkətindən Hans de Veers "Əli və Nino" romanının ekranlaşdırılması üçün Amerika tərəfdaşları axtarmağa başlamışdı. Filmin ingilis dilində çəkilməsi, ssenarinin isə Oskar mükafatlı Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyov tərəfindən yazılması nəzərdə tutulmuşdu. De Veers açıqlamasında "$8 olması nəzərdə tutulmuş büdcənin 30%-nin Niderland və Azərbaycandan əldə edildiyi"ni bildirmişdi.Sharon Swart, "Umbrella stand helps Euros foot market bill," Variety, February 23-March 1, 1998, p. A3.
2004-cü ildə holland şirkəti "Zeppers Film & TV" və "NPS" holland rejissoru Yos de Putterin çəkdiyi "Alias Kurban Said" adlı sənədli filmi təqdim etmişdir. Filmdə əsasən romanın müəllifliyi ilə bağlı məsələlər araşdırılır. "Variety" jurnalında bu film "köhnə fotolar, saralmış sənədlər və video kadrların istifadəsi ilə hazırlanmış möhtəşəm tarixi detektiv"Ronnie Scheib, "Alias Kurban Said" [film review], Variety, June 28-July 11, 2004. adlandırılır. Filmdə Abraham Nussinbaumun 1913-cü ildə Nobel qardaşlarına satılmış neft quyularının sahibi olduğu sənədlərlə sübuta yetirilir. Film Tribeka Film Festivalı, Rotterdam Beynəlxalq Film Festivalı və 2005-ci il Niderland Film Festivalının rəsmi baxış siyahına salınmışdır. Niderland Film Festivalında film, "Ən Yaxşı Film Musiqisi" nominasiyasında mükafata layiq görülmüşdür.Alias Kurban Saïd , fandor.com, İstifadə: 3 fevral 2015
2007-ci ildə "Əli və Nino" Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilmişdir. 2012-ci ildə teatr tamaşanı Moskva Beynəlxalq Teatr Festivalında göstərmişdir. 2010-cu ildə Gürcüstan rejissoru Giorgi Toradzenin "Əli v Nino" romanının "yaradılması" haqqında sənədli film çəkməyi planlaşdırması haqqında məlumat verilmişdi. Məlumatda bildirilir ki, layih prodüser Giorgi Sturua tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdi.
2012-ci ilin aprelində Paris-Sarbonna Universitetinin Rişelye amfiteatrında roman əsasında hazırlanmış "Əli və Ninonun ayaq izləri" adlı myuzikl təqdim edilmişdir. Layihənin yaradıcı və icraçısı Azərbaycanlı pianist Səidə Zülfüqarova olmuşdur. Onun tamaşa üçün yazdığı musiqidə Azərbaycan və Gürcüstanın xalq musiqilərindən, həmçinin Azər Rzayev, Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Fritz Kreisler və Qara Qarayevin musiqilərindən istifadə olunmuşdur. Tamaşanın rejissoru isə Şarlotta Loriot olmuşdur.
Çəkilişlər Çıxarılması 27-31 yanvar 2016-cı il tarixlərində film 31-ci Sundance Beynəlxalq Film Festivalı çərçivəsində təqdim edilib.“Əli və Nino” filmi yanvarın 27-də ABŞ-da nümayiş olunacaq , trend.az, İstifadə tarixi: 25 yanvar 2016 Marketinq 9 aprel 2015-ci ildə filmdən ilk kadr yayımlanmışdır.Əli və Ninonun ilk birgə fotosu, Xınalıq sərgüzəştləri, Bakı döyüşü , Günay Abbasova, buro247.az, 9 aprel 2015, İstifadə:9 aprel 2015 Qəbulu Tənqidçilərin mövqeyi
"theyoungfolks.com"-dan Coş Kabrita qeyd edir ki, "Qeyri-düzgün stimulyasiyası, montaj işi və vizual işi ilə, film "Əli və Nino" kimi temetik potensialı məhv edir. "Əli və Nino" film yox, bir-biri ilə əlaqəsi olmayan səhnələri xatırladır. Belə təəssürat yaranır ki, sanki hansısa film üçün hazırlanmış 90 dəqiqəlik treyleri izləyirsən."Josh Cabrita — Sundance continues uphill climb to nowhere with ‘The Free World,’ ‘Wild’ and ‘Ali and Nino’ , theyoungfolks.com, January 24, 2016, İstifadə tarixi: 25 yanvar 2016 İstinadlar
Mənbə Məhərrəmova, T. "Əli və Nino" ekrana vəsiqə alacaq: [Hollivudda eyni adlı əsərin ekranlaşdırılması haqqında kinoşünas Aydın Kazımzadənin fikirləri] //Kaspi.- 2012.- 12 yanvar.- S.12.
Həmçinin bax Əli və Nino Qurban Səid Əli və Nino (film, 2016) Azərbaycan filmlərinin siyahısı Böyük Britaniya filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə (azərbaycan dilində) “Əli və Nino” təqdim olundu Gəncədə "Əli və Nino" filminin pulsuz təqdimatı keçirilib В Вашингтоне прошла презентация фильма "Али и Нино" Sofiyada “Əli və Nino” filmi nümayiş olunub
Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:2010-cu illərin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti haqqında filmlər Kateqoriya:Bakı haqqında filmlər Kateqoriya:Tbilisi haqqında filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Britaniyanın melodram filmləri Kateqoriya:Bəstəkar Dario Marianellinin filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri