thumb|Sovet dövlətinin rəhbəri Stalin "böyük təmizləmə" prosesi gedən zaman Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi.Yevgenia Albats, KGB: The State Within a State. 1995, page 101Robert Gellately. Lenin, Stalin, and Hitler: The Age of Social Catastrophe. Knopf, 2007 səh. 460Catherine Merridale. Night of Stone: Death and Memory in Twentieth-Century Russia. Penguin Books, 2002 səh. 200 "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür."Robert Conquest, The Great Terror: A Reassessment: 40th Anniversary Edition, Oxford University Press, USA, 2007. səh. 339"

Başlanğıc thumb|"Təmizləməni" başladan əmr Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi.

Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar. Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi. İnsanların öldürülmə səbəbləri cəmiyyətə hansısa casusluq və ya sabotaj hadisələrinin qarşısını almaqla izah olunurdu. Xüsusən bu dövrdə adı tez-tez çəkilən, lakin əslində heç olmayan "Polyak Hərbi Təşkilatı"nın üzvü olmaqda günahlandırılaraq yüz minlərlə insan edam edilmişdir. Bunun nəticəsidir ki, "böyük təmizləmə" siyasətinin qurbanlarının böyük bir qismi polyak mənşəli sovet vətəndaşlarıdır.

1956-cı ildə, Nikita Xruşşovun, "Şəxsiyyətə pərəstiş və nəticələri" adlı nitqindən sonra arxivdə saxlanılan sənədlərin yenidən açılması ilə müəyyən edildi ki, istintaq mərhələlərində qeydə alınan etirafların mütləq əksəriyyəti işğəncə yolu ilə əldə edilmişdir. Əks-inqilabçılarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş SSRİ Cinayət məcəlləsinin 58-ci maddəsinin məna baxımından müxtəlif cür yozula bilinməsi də, NKVD-yə hər bir hüquqi prosesi istədiyi kimi təşkil etməyə şərait yaratmışdı.

Yüz minlərlə insan müxtəlif cinayətlərdə (casusluq, sabotaj, anti-sovet fəaliyyəti, üsyan və ya qiyam hazırlığı, dövlət çevrilişinə hazırlıq) ittiham olunur, vurularaq sürətli bir şəkildə edam edilir, ya da QULAQ düşərgələrinə göndərilirdi. Bir çoxu aclıq, xəstəlik, həddindən artıq işləmə kimi səbəblərdən iş düşərgələrində vəfat etmişdi. İnsanları daha ucuz və tez öldürmək üçün bir çox üsullar test edilmişdi. Məsələn: bir gizli polis məmuru xüsusi olaraq insanları bir maşına yığaraq, ölümcül qaz buraxaraq öldürməyi uğurla test etmişdi. thumb|Stalin, Vyaceslav Molotov, Kaqanoviç, Anastas Mikoyan və Vlas Çubar tərəfindən imzalanmış həbs siyahısı Repressiyalar NKVD-nin rəhbəri Henrix Yaqoda dövründə başladılmışdı, lakin əsas öldürücü dövrü Nikolay Yejovun dövründə, 1936-cı ilin sentyabr ayından, 1938-ci ilin avqust ayına qədər davam etmişdi və tarixə Yejovşina kimi düşmüşdü. Repressiyalar Stalinin rəhbərliyini etdiyi Kommunist partiyası Siyasi Bürosunun ümumi siyasi xəttinə uyğunlaşdırılırdı və ya bir çox hallarda birbaşa Stalinin əmrlərinə uyğun həyata keçirilirdi.Schlögel: Terror und Traum. S. 163.

Arxa plan

1930-cu illərdə, Sovet İttifaqının hər bir yerində kəndlilərin zorla məcburi kollektiv təsərrüfatda birləşdirilməsindən və 1932–1933-cü illər aclığından sonra, İttifaqın hər bir yerində insanlar kəndlərdən şəhərlərə axın etməyə başladılar. Bu səbəbdən də, başda Stalin olmaqla, partiya rəhbərləri şəhərlərdə sovetlərdən bu dərəcə narazı və ac kütlənin çoxalmasından xeyli narahat idi. Stalin bu kütləni, gələcək münkün müharibə halında daxildən üsyan edəcək olan insanlar kimi qiymətləndirirdi. Buna görə də Stalin SSRİ-nin güc strukturlarına bunu önləyəcək bir plan işləməyi əmr etdi.

Sovet siyasi ritorikasında "təmizləmə" sözü partiya sıralarından xaric edilmənin bir ifadəsi idi. Məsələn, 1933-cü ildə, təxminən 400.000 insan partiya sıralarından qovulmuşdu. Lakin, 1936-cı ildən, 1953-cü ilə qədər, bu termin anlamını dəyişdirdi, çünki partiyadan qovulmaq güllələnmə, ən yaxşı halda isə uzunmüddətli həbs demək idi. left|thumb|Lev Trotski Böyük təmizləmənin siyasi qanadı, Stalinin, sırayla Lev Trotski və Nikolay Buxarin rəhbərliyindəki sol və sağ qanadlar da daxil olmaqla, keçmiş və potensial müxalif qruplardan gələn və ya gələ biləcək təhlükənin aradan qaldırılması üçün idi.

1930-cu illərdən etibarən, köhnə və yüksəkvəzifəli bolşeviklər, bu vaxta qədər vətəndaş müharibəsi və sovet iqtisadiyyatının yenidən qurulması səbəbiylə uzadılan, lakin ilkin dövrdə qısa olması qərarlaşdırılan "müvəqqəti" diktaturanın sona çatmasını istəyirdilər. Bu cür idarəetmə formasını Stalin Lenindən miras almışdı. Stalinin bolşeviklərin həm sol, həm də sağ qanadlarından olan müxalifləri onu demokrat olmamaqda və bürokratiyada xeyli qanunsuzluğa yol verməkdə ittiham edirdilər. Stalinə qarşı müxalifət, Stalinin yaxın ətrafının yüksəksəviyyəli yaşayışını dilə gətirərək, fəhlə sinfi arasında rəğbət qazana bilərdi. "Rutin işi" Stalinin şübhələrində haqlı olduğunu sübut etdi. Stalinin gördüyü tədbirlər nəticəsində partiya daxili fraksiyalar dağıdılmış, demokratik mərkəziyyətçiliyə son qoyulmuşdu.

Partiya təşkilatlanmasının yeni növündə, Siyasi Büro və Stalin, köhnə nüfuzlu kommunistləri aradan götürə bildi. Təmizləmələr başlayan kimi, keçmiş kommunist qəhrəmanları olan və Leninin yaxın ətrafını təşkil edən Mixail Tuxaçevski və Bela Kun kimi kommunistlər NKVD vasitəsilə güllələndilər. NKVD, Rusiya və xaricdəki "dönük" kommunistlərin özlərini öldürdükdən sonra, onların dəstəkçilərini, qohumlarını və ailəsini də məhv etməyə başlayırdı. Trotskyinin özünün Stalinin xüsusi agent Pavel Sudoplatova xüsusi əmrilə, Ramon Merkader tərəfindən Mexikoda öldürülməsinə qədər, Rusiyadakı ailəsi, demək olar ki, tamamilə öldürülmüşdü. thumb|Sergey Kirov və Stalin (yanlarında Stalinin qızı Svetlana) thumb|NKVD rəhbərləri Yakov Aqranov, Henrix Yaqoda və Stanislav Redenz, hər üçü həbs edilərək, güllələnmişdir. 1934-cü ildə, Stalin, Sergey Kirovun öldürülməsindən, "Böyük təmizləmə"ni başlamaq üçün bəhanə kimi istifadə etdi. Sonralar tarixçilər Stalinin bu cinayəti özünün təşkil etdiyinə dair sübutlar tapmışdılar. Kirov, Stalinə sadiq bir kommunist idi, lakin həyatının son dövrlərində "mülayimlər" arasında nüfuzunun artması Stalinin onu özünə rəqib kimi görməsinə səbəb oldu. 1934-cü ildəki partiya konqresində Kirov cəmi 3 əleyhinə səs almaqla Mərkəzi Komitəyə seçildiyi halda, Stalin əleyhinə 292 səs verilmişdi.

Kirovun öldürülməsindən sonra NKVD, keçmiş müxaliflərin üzərinə sui-qəsd işindən əlavə terror, sabotaj, vətənə xəyanət, əks-inqilabı fəaliyyət və s. mövzularda cinayət işləri açmağa başladı.Hildermeier: Geschichte der Sowjetunion 1917–1991. S. 476.

Təmizləmənin bir səbəbi ehtimal olunan müharibədə meydana çıxa biləcək "V kalon"un indidən məhv edilməsi idi. Siyasi Büro üzvləri olaraq Vyaçeslav Molotov və Lazar Kaqanoviç təmizləmə dövründə bu prosesə başçılıq edirdilər, bu şəxslərin imzaları ilə yüz minlərlə insan öldürülmüşdür. Stalin, müharibənin yaxınlaşdığına və bu müharibənin Almaniya və Yaponiya tərəfindən törədiləcəyinə inanırdı. Sovet mətbuatı tez-tez ölkənin faşistlər tərəfindən təhdid edildiyi şəklində xəbərlər yayırdı. thumb|Bolşevik inqilabı rəhbərləri Lev Trotski, Qriqori Zinovyev və Lev Kamenev 1920-ci illərin ortalarında Bu metoddan, Oktyabr İnqilabından sonra, Lenin bolşeviklərin düşməni olaraq qəbul edilən düşmənlərə qarşı Qırmızı Terror kampaniyası zamanı istifadə etmişdi.,Robert Gellately, Lenin, Stalin, and Hitler: The Age of Social Catastrophe, 2007, Knopf, 720 səh. Bu taktika Ukraynadakı aclıqdan yaranan narazılıq zamanı və kollektivləşdirilməyə qarşı çıxanlara qarşı daha da ağır şəkildə davam etdirilmişdi. "Təmizləmə"nin xarakterik xüsusiyyətlərindən biri də buvidi ki, ilk dəfə olaraq iqtidarda olan partiyanın yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, xeyli partiya mənsubunun repressiyaya məruz qalanların siyahısına daxil edilmiş olması idi. Cəmiyyətdə və partiyada "təmizləmə" bir-birini izləyirdi. Ümumi proses zamanı bu hadisələr baş vermişdir: thumb|Baş Hakim Andrey Vişinski Karl Radekə hökm oxuyarkən Moskva prosesləri NKVD üçlüyü – "inqilabı ədalətin bərpa edilməsi uğrunda mübarizə" Cinayət Məcəlləsinin 58-ci maddəsi. Əks-inqilabi fəaliyyət left|thumb|Stalin və Dmitrov 1936-cı ildə

Moskva prosesləri

Proseslərin birinci və ikinci mərhələsi 1936–1938-ci illər arasında, Stalin və digər Sovet liderlərini öldürmək, SSRİ-ni parçalamaq və kapitalizmi yenidən bərpa etmək üçün faşist və kapitalist qüvvələrlə planlar qurmaqda ittiham olunan köhnə kommunist partiya liderlərinin 3 böyük mərhələ şəklində Moskva məhkəmələri oldu. Məhkəm proseslərinin gedişi ictimaiyyətə açıqlanmış və Leninin ən qorxunc cinayətlərini etiraf edənlərin, ölüm cəzası üçün yalvarması ilə bəzədilmişdi. left|thumb|Nikolay BuxarinMəhkəmənin ilk iclası 1936-cı ilin avqustunda açıldı və müttəhimlər 2-si rəhbər hesab edilməklə, 16 nəfərdən ibarət qrup idi. Qrupa "Trotskist-Kamenyev-Zinovyev-Solçu, əks-inqilabçı" adı qoyulmuş, rəhbərlərinin isə Qreqori Zinovyev və Lev Kamenyev olduğu qəbul edilmişdi.Rogovin (1998), səh. 17–18 Hər ikisi ən köhnə kommunist olmaqla, Leninin ən yaxın silahdaşları hesab edilirdilər. İttihamlar arasında Sergey Kirovun öldürülməsi və Stalini öldürmək üçün plan hazırlanması var idi. Bu ittihamları da etiraf etdikdən sonra hamısı edam hökmünə məhkum edildi və güllələndi.Rogovin (1998), səh. 36–38 1937-ci ilin, yanvar ayında, ikinci mərhələ məhkəmə proseslərində Karl Radek, Yuri Piatakov və Qreqori Sokolnikovun yer aldığı, "anti-sovet Trotskistlər" adlandirilan, Almaniya üçün casusluq etdikləri və Trotski lehinə qiyam hazırlamaq da ittiham edilən yeni bir qrup köhnə Sovet rəhbərləri məhkəməyə çıxarıldı. 17 nəfərlik qrupdan 13-ü edama məhkum edildi və tezliklə güllələndi, 4 nəfər isə QULAQ-a göndərildi və orada tezliklə öldülər.Siehe hierzu Chlewnjuk: Das Politbüro. S. 191 f; Werth: Ein Staat gegen sein Volk. S. 201 f.Wehner: Stalinismus und Terror. S. 379. 1937-ci ilin, iyununda, ilk Sovet marşalı Mixail Tuxaçevskinin də daxil olduğu Qızıl Ordu rəhbərlərinin bir qisminin gizli məhkəməsi keçirildi və hamısı edama məhkum edildi. Məhkəmələrdə iştirak etmiş bəzi Qərb nümayəndələrinin rəylərinə görə, məhkəmələr normal, hüquqi qaydalara uyğun keçirilməmişdir. Məhkəmənin qərarları müttəhimin etiraflarına söykənirdi və və müttəhimin bu etirafı narkotik maddələrin təsirilə ya da işğəncəylə etdiyi sadəcə olaraq yoxlanılmırdı.

İngilis deputat və hüquqşunas D. N. Prit xatirələrində qeyd edirdi:

Artıq etirafların necə alındığı bəllidir. SSRİ Xalq Komissarları Sovetinin tərkibində olan, Dövlət Siyasi İdarəetmə Şöbəsinin keçmiş zabiti Aleksandr Orlov öz xatirlərində etirafların alınması metodları barədə yazmışdır. Bu qeydlərə görə, müttəhimlər etirafı döyülmə, günlərlə ayaq üstə saxlanılma, durmadan yeriməyə məcbur etmə, boğdurulma simuliyasiyaları və ailələrinin etiraf olmayacağı halda güllələnməsi təhdidi ilə edirdilər və prosesin sonuna çatdıqda isə müttəhim güllələnmə hökmünün tez bir vaxtda icra edilməsi üçün yalvarırdı.